Azərbaycan ilk dəfə NASA-nın dəstəyi ilə keçirilən robot müsabiqəsində təmsil olunacaq
24.02.2023 /Azərbaycanın ilk robototexnika komandası bu ilin aprel ayında NASA-nın sponsoru olduğu beynəlxalq robot müsabiqəsində iştirak edəcək.
14-18 yaşlı məktəblilərdən ibarət 26 nəfərlik komanda beynəlxalq FRC (First Robotics Compotition) müsabiqəsində hazırladığı robotları təqdim edəcək.
Robotun detalları, elektron hissələri, proqramlaşdırma, dizayn və digər işlər komandanın müəllim və tələbə heyəti tərəfindən görülüb.
Azərbaycan komandası robot müsabiqəsində #9030 adı ilə təmsil olunur. Dünyanın müxtəlif ölkələrindən 100-dən çox komandanın təmsil olunacağı müsabiqədə region ölkələri arasında yalnız Türkiyə və Azərbaycan iştirak edəcək.
Qeyd edək ki, hər il keçirilən FRC müsabiqəsində NASA ilə yanaşı, Apple, Google, Fedex kimi texnologiya şirkətləri əsas sponsorlar sırasında yer alıb.