AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Qalaktikamızın mərkəzində yerləşən superkütləli qara dəliyə yaxın zonada yeni yaranmış ulduz kəşf edilib

06.03.2023 /

Süd Yolu qalaktikasının mərkəzi bəlkə də ən təhlükəli mühitdir. Belə ki, qalaktikamızın mərkəzində superkütləli qara dəlik yerləşir. Lakin alimlər qalaktikamızın mərkəzində çox maraqlı bir kəşf ediblər. Belə ki, onlar Süd Yolunun mərkəzində yerləşən superkütləli qara dəliyin yaxınlığında yenicə yaranmış ulduzu kəşf ediblər. Bu kəşfin maraq doğuran tərəfi ondan ibarətdir ki, qara dəliyə yaxın olan zonada yeni ulduzun formalaşması üçün nəzərdə tutulmuş şərtlər mövcud deyil. Bir neçə müddət bundan öncə alimlər qalaktikamızın mərkəzində yerləşən Oxatan A* (Sagittarius A*) adlı superkütləli qara dəliyə yaxın zonada komet quyruğu formasında olan ulduzlararası qaz axınını aşkar etmişdilər. Həmin qaz axını X3 adını əldə etmişdi.

Lakin daha sonra alimlər aşkar etdilər ki, kəşf edilmiş qaz axını daxilində cavan ulduz yerləşir. Kəşf edilmiş cavan ulduza X3a adı verildi. X3 qaz axınının daxilində yerləşən X3a adlı cavan ulduz infraqırmızı və infraqırmızı yaxın diapazonlarda olmuş çoxlu sayda müşahidələr nəticəsində kəşf edilib. Belə ki, yalnız bu şüalanmalar cavan ulduzun ətrafını əhatə edən qaz örtüyünü keçə biliblər. Aparılmış əlavə analizlər nəticəsidnə məlum olub ki, X3a-nın fiziki, kimyəvi tərkibi və quruluşu cavan ulduza bənzəyir. Bununla belə astronomik göstəricilərə görə o, bir neçə on min il bundan öncə formalaşıb. Onun yerləşdiyi zonada isə yeni ulduzun yaranması üçün nəzərdə tutulmuş şərtlər mövcud deyil.

Belə ki, o, qara dəliyə yaxın zonada yerləşir və qara dəlik öz növbəsində öz ətraf mühitinə güclü təsir göstərir. Ulduzlar isə yalnız ultrabənövşəyi diapazonda intensiv işığın olmadığı soyuq ulduzlararası qaz daxilində formalaşırlar. Alimlər güman edirlər ki, X3a adlı cavan ulduz əslində digər yerdə formalaşıb və tədricən qara dəliyin yerləşdiyi zonaya miqrasiya edib. Bununla yanaşı bu cavan ulduz qara dəlik istiqamətində miqrasiyası zamanı qarşısına çıxmış hər bir şeyi udub və nəticədə o, nəhəng ölçüyə sahibdir. Məlumata əsasən X3a-nın radiusu Günəşin radiusundan 10 dəfə, kütləsi isə Günəşin kütləsindən 15 dəfə böyükdür. Bundan əlavə olaraq X3a-nın parlaqlıq səviyyəsi Günəşin parpaqlıq səviyyəsindən 24 000 dəfə daha yüksəkdir. Alimlər sözügedən cavan ulduzun müşahidəsini davam etdirəcəklər.

technote.az

 
Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта