AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

1945-1946-cı illərdə Təbrizdə nəşr olunmuş “Azərbaycan” qəzetinin tərcümə və transliterasiyasını əhatə edən kitab çapdan çıxıb

27.03.2023 /

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 1945-1946-cı illərdə Təbrizdə nəşr etdirilmiş Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin orqanı “Azərbaycan” qəzeti materiallarının 1-ci hissəsi dilimizə tərcümə və transliterasiyada kitab şəklində çap olunub. 

“Azərbaycan” qəzetinin ilk sayı 5 sentyabr 1945-ci il tarixində çap edilərək xalq arasında yayılmış və Azərbaycanda milli-demokratik hərəkatın süqutunadək (12 dekabr 1946-cı il) 370 sayı dərc edilmişdir.

“Azərbaycan” qəzeti 1945-1946-cı illərdə Cənubi azərbaycanlıların milli-demokratik hərəkatı nəticəsində yaradılmış və cəmi bir il yaşamış Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatları, Azərbaycan cəmiyyətinin demokratik əsaslar üzərində qurulub möhkəmləndirilməsi sahəsində fəaliyyətini, bütün İran miqyasında demokratik hüquqlar uğrunda mübarizəsini əks etdirib. Bu qəzet Azərbaycan xalqının milli mədəniyyətini, onun keçmiş və hazırkı inqilabi mübarizə tarixini öz səhifələrində işıqlandıran, onu demokratik və azadlıqsevər mədəni bir millət kimi dünyaya tanıtdıran xitabət kürsüsü olub.

Qəzetin farsca və əski əlifbada azərbaycanca mətnləri orijinal şəkildə Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə tərəfindən 4 hissədə çapa hazırlanıb. 1-ci hissə 2017-ci, 2-ci hissə isə 2018-ci ildə S.Bayramzadənin məsul redaktorluğu ilə Şərqşünaslıq İnstitutunda kitab şəklində çapdan çıxıb. Digər iki hissə də çapa hazırdır.

Daha sonra qəzetdəki məqalələrin fars dilindən Azərbaycan dilinə tərcüməsinə və Azərbaycan dilində əski əlifbada olan yazıların transliterasiyasına başlanılıb və 4 hissədən 1-cisini əhatə edən kitab bu günlərdə çapdan çıxıb. 1-ci hissədə “Azərbaycan” qəzetinin 5 sentyabr - 31 dekabr 1945-ci il tarixləri arasında nəşr olunmuş ilk 90 sayındakı məqalələrin tərcüməsi və transliterasiyası təqdim edilir. Kitabı nəşrə hazırlayan və məsul redaktor Səməd Bayramzadədir. Məqalələri Səməd Bayramzadə və Şərqşünaslıq İnstitutunun elmi işçisi Saleh Dostəliyev tərcümə və transliterasiya ediblər. Kitabın “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevadır. Kitabda, həmçinin məsul redaktordan - Səməd Bayramzadədən “Ön söz” təqdim edilir.

Qeyd edək ki, “Azərbaycan” qəzetinin tərcümə və transliterasiyasının 2-ci hissəsi də çapa hazırdır.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта