AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Doktorantura və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı yeni model əsasında təşkil olunacaq

13.04.2023 /

Doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanında namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxs) və iddiaçıların (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üçün xarici dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) B2 səviyyəsinə və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, dillər üzrə oxu, dinləyib-anlama, yazı və danışıq bacarıqlarının, dildən kommunikativ məqsədlə istifadə vərdişlərinin, söz ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılıb qiymətləndirilməsi aparılır.

Doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə imtahan modelinin strukturu dinləyib-anlama bacarığı üzrə dialoq və monoloq tipli mətn üzrə 10 qapalı test tapşırığı, oxuyub-anlama bacarığını yoxlayan mətn üzrə 10 qapalı tipli test tapşırığı, dil biliyi üzrə 5 qapalı və 5 açıq tipli test tapşırığı, danışıq üzrə ümumi dəyəri 10 bal olmaqla 3 tapşırıq və yazı bacarığı üzrə 10 balla qiymətləndirilən esse və ya vizual məlumatın təsviri üzrə tapşırıqdan ibarətdir. Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın məzmunundan asılı olaraq dəyişir. Xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçən namizədlərdən esse (fikir bildirmə, mühakimə xarakterli və s.) yazmaq tələb olunduğu halda, fəlsəfə doktoru imtahanında iddiaçılardan vizual məlumatın (məsələn, cədvəl, diaqram və s.) təsvirini vermək tələb olunur.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, hazırda doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə tətbiq edilən imtahan modelinin məzmununun Kembric Universiteti Nəşriyyatı və Qiymətləndirmə Sindikatının mütəxəssislərinin rəy və tövsiyələrinə əsasən CEFR-ın müvafiq səviyyəsinə (B2) tam uyğunlaşdırılması istiqamətində işlər görülür. Görülmüş işlərin müsbət nəticəsi olaraq, növbəti ildən yuxarıda təsvir olunmuş imtahan modelinin strukturunda və məzmununda müvafiq dəyişikliklərin tətbiq olunması nəzərdə tutulur.

2024-cü ildən etibarən keçiriləcək doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə qəbul və fəlsəfə doktoru imtahanı yeni model əsasında təşkil olunacaq. Yeni modelə əsasən imtahanverənlərin dil bilikləri (leksik və qrammatik) daha çox praktik şəkildə, yəni məzmun daxilində yoxlanılacaq. Həmçinin oxu bloku üzrə hər biri 5 tapşırıqdan ibarət iki mətn təqdim olunacaq. Bundan başqa, yazı bloku üzrə imtahanverənlərdən həm esse, həm də vizual məlumatın təsvir edilməsi tələb olunacaq. Namizəd və iddiaçılar növbəti ildə istifadə olunacaq imtahan modeli ilə yeni tədris ilinin əvvəlində tanış ola biləcəklər.

Dövlət İmtahan Mərkəzinin beynəlxalq tərəfdaşlarla aparılmış tədqiqatyönümlü silsilə layihələrinə, müəllimlərin peşəkar inkişafı və xarici dillər üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində gördüyü işlərə, aparılmış statistik təhlillərə və ümumilikdə ölkədə təhsilin inkişafına verdiyi töhfəyə əsaslanaraq, xarici dillərin qiymətləndirilməsi sahəsində tətbiq edəcəyi yeni qiymətləndirmə modelini ali təhsilin ən yüksək səviyyəsində namizəd və iddiaçıların hazırlığının yoxlanılması üçün məqsədəuyğun hesab edirik.

Qeyd edək ki, 2023-cü il iyunun 11-də keçirilməsi nəzərdə tutulan doktoranturaya qəbul imtahanının, eləcə də xarici dillər üzrə fəlsəfə doktoru imtahanının (o cümlədən 10 dekabr 2023-cü ildə keçiriləcək) strukturunda hər hansı bir dəyişikliyin edilməsi nəzərdə tutulmur.

azertag.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта