SpaceX Starship-in ilk orbital uçuşunu təxirə salmaq məcburiyyətində qalıb
18.04.2023 /SpaceX şirkəti Starship kosmik gəmisinin bugün üçün nəzərdə tutulmuş ilk orbital uçuşunu reallaşdıra bilmədi. Nəticədə uçuş missiyası təxirə salındı. Starship-in ilk orbital uçuşu üçün artıq hər şey hazır idi və starta 5 dəqiqə qalmış Elon Musk öz Twitter hesabında bildirdi ki, raketin təzyiq klapanı donub. Starta 40 saniyə qalmış isə geri sayım dayandırıldı. SpaceX mütəxəssisləri donmuş klapan problemini 48 saat ərzində aradan qaldırmalıdırlar. Hal hazırda şirkət mühəndisləri raketdən yanacağın boşaldılması ilə məşğul olurlar. Şirkət Starship-in ilk orbital uçuş cəhdini yaxın zamanda reallaşdırmağı planlaşdırır.