AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

26.04.2023 /

Kosmik hava durumu - Hesabat dövrü ərzində maksimum aktivlik 3283 oblastında M 1.7 sinifli alışma olmuşdur. Həmin alışmaya bağlı Yerə istiqamətənmiş Tac Kütlə Atılması (CME) qeyd olunmuşdur. Hazırda Günəş səthində 7 ləkə qrupu var, ləkələrin sayı artmış, aktiv ləkələrin sayı isə azalaraq 88 olmuşdur. Aprelin 24-də baş vermiş növbəti CME-nin (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) Yerə istiqaməti təhlil olunur. Hal-hazırda Günəşin səthində tac dəliyi müşahidə olunur.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olmuşdur. Enerjisi 10 MeV-dən çox enerjili proton seli həftə ərzində qeyri-stabil olmuş, 21 apreldə isə baş vermiş CME-nin təsiri ilə 26 pfu-ya qədər yüksəlmişdir və S1 səviyyəli radiasiya qasırğası qeydə alınmışdır.

Hesabat dövründə Günəş küləyinin sürəti 1083 km/s-yə çatmışdır. Hal-hazırda Günəş küləyinin sürəti bir qədər azalaraq 544.8 km/s olmuşdur. Planetlərarası maqnit sahəsinin qiyməti qasırğa zamanı maksimum artaraq 34 nT, radial istiqamətdə isə 33 nT olmuşdur. Hal-hazırda isə Yer orbitində planetlərarası maqnit sahəsinin qiyməti 10.27 nT, radial istiqamətdə isə 4.7 nT təşkil edir.

Hesabat dövründə 21 apreldə baş vermış Yerə istiqamətlənmiş CME səbəbli 23-24 aprel tarixlərində geomaqnit qasırğası baş vermiş, müəyyən periodlarda qasırğanın gücü G4 səviyyəsinə kimi yüksəlmişdir.

Kosmik hava proqnozu - Proqnoz günlərində (25-30 aprel) C sinif alışmanın baş vermə ehtimalı 55%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 15%, X (R3)  sinif isə 1% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyəyə qalxacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində olacağı ehtimal olunur. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1% təşkil edir.

Günəş küləyinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə sürətini saxlayacağı və aprelin 27-də CME-nin təsirinin də əlavə oluna biləcəyi gözlənilir.

21 apreldə baş vermiş CME-nin təsiri davam etdiyindən, hal-hazırda Kp indeksi 2 olsa belə,  G1 (zəif) səviyyəli qasırğa ola bilər, ardınca isə mənfi qütblü CH HSS və dünən baş vermiş CME-nin təsiri ilə qeyri-stabil kosmik hava şəraiti proqnozlaşdırılır.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта