AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Google öz axtarış sisteminin süni zəka vasitəsilə necə dəyişəcəyini sərgiləyib

11.05.2023 /

Heç şübhəsiz ki, Google axtarış sisteminin gələcəyi sıx şəkildə süni zəka texnologiyaları ilə əlaqəli olacaq. Bununla belə Google Microsoft-un Bing axtarış sistemində reallaşdırmış olduğu süni zəka əsaslı çat-bot yolu ilə getməyi planlaşdırmır. Buna baxmayaraq o özünün Bard adlı süni zəka əsaslı çat-botunu inkişaf etdirməkdə davam edir və öz axtarış sisteminin ana səhifəsində düzəliş etməyi planlaşdırmır. Bunun əvəzinə şirkət generativ neyron şəbəkələrinin imkanlarını Google Search-dəki axtarış nəticələrinə inteqrasiya edəcək. Google şirkətinin axtarış məhsulları ilə bağlı olan şöbəsinin vitse-prezidenti Liz Reid şirkətin axtarış sisteminin yaxın zamanda necə dəyişəcəyini göstərən bir neçə nümunəni sərgiləyib. Nümunələrdən birində “Nəyə görə mayadan hazırlanmış çörək hələ də məşhurdur?” sorğusu qeyd edilib. Bu sorğu üzrə axtarış nəticəsində əsas ekranda ənənəvi axtarış nəticələri əks olunub.

 

Axtarış nəticələrinin yuxarı hissəsində isə narıncı rəngli banner ortaya çıxıb və onun daxilində “Generative AI is experimental” cümləsi əks olunub. Bir neçə saniyə sonra isə həmin banner əvəzinə neyron şəbəkəsi tərəfindən tərtib edilmiş cavablar əks olunub. Əks olunmuş cavablarda neyron şəbəkəsi maya vasitəsilə hazırlanmış çörəyin dad keyfiyyətini və digər özəlliklərini təqdim edib. Həmin cavablarla yanaşı istifadəçiyə həmçinin 3 linkdən ibarət kiçik blok da təqdim edilib. Neyron şəbəkəsinin tərtib etdiyi cavablar məhz həmin linklərdən əldə edilib. İstifadəçi öz növbəsində linklərə daxil olaraq neyron şəbəkəsinin cavablarını fərdi şəkildə yoxlaya bilər. Google bu imkanı AI Snapshot adlandırır. Axtarış sistemində qısa xülasələr şəklində təqdim edilən axtarış nəticələrində məlumatlar böyük dil modelləri vasitəsilə açıq mənbəli internet resurslarından əldə edilir.

 

Daha sonra Liz Reid brauzerin yuxarı sağ hissəsindəki xüsusi düyməyə klikləyərək məlumatların təqdim edilməsi üsulunu dəyişib. Google dizaynerləri həmin düyməni “ayı pəncəsi” adlandırırlar. Düyməyə klikləyəndən sonra AI Snapshot-un görüntüsü bir qədər dəyişib. Belə ki, mətn ayrı-ayrı cümlələrə ayrılıb, məlumatların mənbələri rolunda çıxış edən linklər isə aşağı hissədə əks olunublar. Liz Reid-in sözlərinə əsasən saniyələr içərisində baş verən məhz bu kiçik proses Google-da reallaşdırılmış süni zəka texnologiyalarının necə fərqləndiyini göstərən əsas faktordur. Şirkət istəyir ki, süni zəka istifadəçilərə məlumatları harda axtardığını söyləsin və bununla yanaşı istifadəçilərə müəyyən mövzu üzrə daha çox məlumatın hardan əldə etmək mümkün olduğunu göstərsin. İkinci nümunə çərçivəsində uyğun Bluetooth səsgücləndiricisinin axtarışı aparılıb.

 

Bu mövzu üzrə axtarış zamanı da standart axtarış nəticələri və həmin nəticələrin üzərində neyron şəbəkəsi tərəfindən tərtib edilmiş cavablar əks olunub. Lakin bu dəfə cavablar arasında Bluetooth ssgücləndiricilərinin alışı zamanı nələrə diqqət yetirmək lazım olduğu barəsində məsləhətlər də əks olunub. Səhifənin sağ hissəsində isə bu cür cihazların seçimlərinə yardımçı olacaq təlimatları əks etdirən linklər göstərilib. Neyron şəbəkəsi tərəfindən tərtib edilmiş cavabların alt hissəsində bir neçə konkret Bluetooth səsgücləndirici modelinə yönləndirən linklər yerləşdirilib və hər bir model neyron şəbəkəsi tərəfindən tərtib edilmiş qısa təsvirə sahibdir. Axtarış sorğusuna “100$-a kimi qiymət göstəricisi” hissəsi əlavə ediləndən sonra neyron şəbəkəsi tərəfindən yenilənmiş cavablar təqdim edilib və həmin cavabların aşağı hissəsində müvafiq kriteriyaya sahib modellər əks olunub.

 

Google Search-un axtarış nəticələrinə istiqamətlənmiş səhifəsinin yeni görüntüsü süni zəkadan istifadəyə istiqamətlənib və o, istifadəçilərin alışdıqları şeylərə heç bənzəmir. AI Snapshot imkanından yararlanmaq üçün istifadəçilər Search Generative Experience (SGE) adlı proqrama qoşulmalı olacaqlar. Məlumatda qeyd edilib ki, istənilən axtarış sorğusu üçün axtarış nəticəsi AI Snapshot şəklində təqdim olunmayacaq. Bu, sistemin standart axtarış nəticələri əvəzinə AI Snapshot-un daha faydalı ola biləcəyini təyin edəndən sonra reallaşacaq. Google bildirib ki, SGE hal hazırda bir təcrübədir. Lakin şirkət uzunmüddətli perspektivdə bu cür axtarış üsulunun standartlaşdırıılmasını istisna etmir. SGE nəticədə milyardlarla insanın internetdə məlumatları necə axtarması üsulunu tamamilə dəyişə bilər.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта