AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Microsoft ABŞ-ı və digər ölkələri süni zəka sahəsini tənzimləməyə çağırıb

30.05.2023 /

Microsoft ABŞ-ı və digər dövlətləri süni zəka sahəsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş təşkilatların formalaşdırmağa cağırıb. Şirkətin prezidenti Brad Smith süni zəka sahəsinin cəmiyyətdəki stabilliyi bu və ya digər yol ilə poza biləcəyi üzrə olan narahatlığın fonunda 41 səhifəlik hesabatı təqdim edəcək. Smith bildirib ki, süni zəka sahəsi ilə bağlı olan bəzi qanunlar hətta artıq mövcud olan dövlət agentlikləri və məhkəmələr tərəfindən tətbiq edilə bilər. Onlara sadəcə olaraq mövcud qanunları süni zəka sistemlərinə tətbiq təcrübəsi lazımdır. Bununla belə o qeyd edib ki, növbəti onillikdə istifadəyə veriləcək daha ağıllı və avtonom süni zəka sistemlərinin məhdudlaşdırılması üçün lazım olan qanunlar mövcud deyil.

 

Smith-in sözlərinə əsasən yaxın gələcəkdə süni zəka sahəsi ilə bağlı yeni qanunlar ilə qaydaları tərtib etmək lazım gələcək. Bu cür işin öhdəsindən isə yeni dövlət agentlikləri gələ bilərlər. Üstəlik daha performanslı süni zəka sistemlərinin tənzimlənməsi üçün təkcə yeni qanunların tərtib və qəbul edilməsi kifayət etməyəcək. Belə ki, həmin performanslı süni zəka sistemlərinin yerləşəcəkləri data mərkəzlərini lisenziyalaşdırmaq lazım gələcək. Qeyd etmək lazımdır ki, oxşar ideyanı ABŞ Konqressinin üzvləri arasında OpenAI şirkətinin CEO-su Sam Altman da səsləndirib. Smith bildirib ki, Microsoft şirkəti Altman-ın fikrini və süni zəka sahəsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş dövlət agentliklərinin yaradılmasını dəstəkləyir.

 

Bu cür dövlət agentlikləri həmçinin lisenziyalaşdırma prosesi ilə də məşğul ola bilərlər. Bu cür lisenziyalar dövlətin vacib infrastrukturunun idarəsi ilə məşğul olan süni zəka sistemlərindən istifadə üçün lazım olacaq. Yeni qaydaları təklif etmiş Brad Smith xüsusi olaraq vurğulayıb ki, ilk sosial şəbəkələrin ortaya çıxdıqları zaman dövlətlərin buraxdıqları səhv təkrarlanmamalıdır. Onun sözlərinə əsasən 10 ildən bir qədər çox müddət bundan öncə İT sahənin təmsilçiləri ilə siyasətçilər sosial şəbəkələrin demokratiyanın yayılmasında necə böyük rol oynamalarından çox məmnun idilər. Lakin 5 ildən sonra məlum oldu ki, sosial media demokratiyaya istiqamətlənmiş silaha da çevrilə bilər.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта