AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonlarla planet mövcuddur

01.06.2023 /

Aparılmış yeni tədqiqata əsasən qalaktikamızda ən çox yayılmış ulduz növü olan qırmızı cırtdanların (parlaqlığı Günəşin parlaqlığından daha aşağı səviyyədə olan ulduz növ) ətraflarında dövr edən hər üçüncü planet həyat üçün potensial olaraq münbit şəraitə sahibdir. Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəyə gəliblər. Sözügedən teleskoplar vasitəsilə əldə edilmiş məlumatlar sayəsində alimlər daha öncə kəşf edilmiş ekzoplanetlərin orbitləri barəsində məlumatlara sahib olublar. Məlum olub ki, daha öncə kəşf edilmiş ekzoplanetlərin 30%-i həyat üçün potensial olaraq münbit şəraitə sahib ola bilər. Alimlər bildiriblər ki, onlar bu iki teleskopun məlumatları əsasında qırmızı cırtdanların ətraflarında dövr edən 163 ədəd ekzoplanetin orbitini yaradıblar.

 

Qeyd etmək lazımdır ki, qırmızı cırtdanlar bizim qalaktikamızda ən geniş yayılmış ulduz növüdür. Onlar Yupiter ölçüsündə olurlar və buna görə də planetlər onların ətraflarında daha yaxın orbit üzrə dövr edə bilərlər. Hətta bu halda da həmin planetlər ciddi zərər görməyəcəklər. Lakin məsələnin mahiyyəti tamamilə fərqlidir. Əgər planetlərin orbitləıri dairəvi formada olan orbitlərdən fərqlənsələr, hətta onların yaşayış zonasında (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) yerləşdikləri halda da qravitasiya təsirləri nəticəsində planetlərdə yaranacaq qabarma nəticəsində onların səthlərində həyat üçün münbit şərait artıq mövcud olmayacaq.

 

Alimlər tərəfindən aparılmış yeni tədqiqata əsasən müşahidə edilmiş ekzoplanetlərin 1/3 hissəsi az-çox dairəvi formaya bənzəyən orbitə sahibdir. Beləliklə həmin ekzoplanetlər həyat üçün potensial olaraq münbit şəraitə sahib ola bilərlər. Bununla yanaşı M sinifinə daxil olan qırmızı cırtdanların (kiçik ölçülü və nisbətən soyuq ulduzlar) ətraflarında ekzoplanetlərin sayı nə qədər çox olarsa, həmin ekzoplanetlərin orbitləri daha çox dairəvi formaya sahib olacaqlar. M sinifinə daxil olan qırmızı cırtdanların sayı bizim qalaktikada milyardlarla olduğunu nəzərə alsaq, onların ətraflarında həyat üçün potensial münbit şəraitə sahib ekzoplanetlərin ümumi sayı yüz milyonlarladır. 

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта