AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

13.06.2023 /

Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəş aktivliyi orta səviyyədə olub, maksimum aktivlik 3327 oblastında M 4.7 qeydə alınmışdır. Hesabat dövründə alışmalara bağlı olaraq II tip radioemissiya qeydə alınmışdır. Günəş ləkələri azalmış, 8 ləkə qrupu və 116 ləkə qeyd edilmişdir. Yerə qismən istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları)  qeydə alınmışdır. Günəşin səthində Tac dəlikləri müşahidə olunur.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 253 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin sürəti azalaraq maksimum 479 km/san olmuşdur. Planetlərarası maqnit sahəsi isə həftəsonuna artaraq 15 nT,  radial istiqamətdə isə -8 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 433 km/san, planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 6.74 nT,  radial istiqamətdə isə 3.91 nT təşkil edir.

Hesabat dövrü ərzində Yerə istiqamətlənmiş CME-in təsiri gözlənilsə də, Yerə çatana qədər zəifləmiş və geomaqnit qasırğası baş verməmişdir. Hal-hazırda geomaqnit sahəsi sakitdir (Kp=2). 

Kosmik hava proqnozu - Proqnoz günlərində (12- 19 iyun) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20%, X (R3) sinif isə  5% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyələrə qalxmaq ehtimalı var, enerjisi 10 MeV-dən çox olan proton selinin fon səviyyəsində olacağı gözlənilir.

Günəş küləyinin sürətinin müsbət  qütblü CH HSS  (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) və 8-9 iyunda baş vermiş CME-lərin təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.

Geomaqnit sahəsinin müsbət qütblü CH HSS-in  təsiri ilə 12-13 və 16 iyun tarixlərində aktiv olacağı gözlənilir. Geomaqnit qasırğası proqnozlaşdırılmır.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта