AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

NASA astronavtlarının Aya ayaq basmaları missiyası böyük ehtimal 2026-cı ilə təxirə salınıb

14.06.2023 /

NASA ilk əvvəl “Artemis” adlı Ay proqramı çərçivəsində astronavtları Aya 2024-cü ildə endirməyi planlaşdırırdı. Lakin daha sonra kosmik agentlik bu missiyanı 2025-ci ilə təxirə saldı. İndi isə görünür, astronavtların Ay səthinə yenidən ayaq basmaları missiyası 2026-cı ilə təxirə salınıb. Bunun əsas səbəblərindən biri də SpaceX şirkətinin Starship kosmik gəmisinin uğursuz testləridir. Qeyd etmək lazımdır ki, apreldə şirkət Starship-in ilk orbital uçuşunu reallaşdırmağa çalışdı. Lakin Starship havada olan zaman partladı. NASA isə astronavtları Aya məhz Starship vasitəsilə endirməyi hədəfləyib.

 

Bunun reallaşdırılmasından öncə isə Starship-in çoxlu sayda uçuş testindən keçməsi lazımdır. Bu daha çox zamanı tələb edir. “Hal hazırda bizim planımızda olan müddət 2025-ci ilin dekabr ayıdır. Lakin SpaceX-in qarşılaşmış olduğu çətinlikləri nəzərə alsaq, fikirləşirəm ki, bu çox narahetdici vəziyyətdir. Buna görə də siz düşünə bilərsiniz ki, bu böyük ehtimal ilə 2026-cı ildə baş tutacaq” - deyə NASA administratorunun köməkçisi Jim Free qeyd edib. Nəzərə alsaq ki, bu bəyanat ABŞ Milli Akademiyasının Aeronavtika və Kosmik Texnika Şurası ilə Kosmik Tədqiqatlar Şurası arasında baş tutmuş görüş zamanı təqdim edilib, deməli bu fikir NASA-da rəhbərlik səviyyəsində artıq qəbul edilib.

 

Qeyd etmək lazımdır ki, astronavtların Aya enmələri “Artemis 3” missiyası çərçivəsində planlaşdırılır. Bu olduqca çətin bir missiya olacaq. Onlar ilk növbədə SLS raketi vasitəsilə Orion adlı kosmik gəminin tərkibində Ayın orbitinə yollanacaqlar. Ayrıca olaraq Aya Starship göndəriləcək. Daha sonra Starship eniş modulunu Ayın orbitinə çıxarmalı olacaq və növbəti mərhələdə Ayın səthinə eniş edəcək. Bu proses çərçivəsində astronavtlar eniş modulunun daxilində yerləşəcəklər.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта