"SpaceX" raketi "Starlink" internet peyklərinin yeni partiyası ilə orbitə çıxacaq
17.07.2023 /"Falcon" daşıyıcı raketi "Starlink" sisteminin qlobal İnternet əhatə dairəsinin orbital qrupunu artırmaq üçün 54 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq. Buraxılış Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri bazasındakı 40-cı start kompleksindən ABŞ-ın Şərq sahilləri vaxtı ilə saat 00:15-də baş tutacaq. Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 94-cü, bu ilin əvvəlindən isə 25-ci buraxılışıdır. "SpaceX" artıq bu peyklərdən 4,7 mindən çoxunu orbitə çıxarıb.