AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Kosmik hava durumu və proqnozu

10.07.2023 /

Kosmik hava durumu – hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub, M (R1-R2) və C sinif alışmalar baş vermişdir. Maksimum sinifli alışma (M 4.06) 7 iyul tarixində qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artmışdır. Hal-hazırda 12 ləkə qrupu və 197 ləkə müşahidə olunur. Hesabat dövrü ərzində Günəş fəallığı nəticəsində II tip radioemissiya qeydə alınmışdır. Qismən Yerə istiqamətlənmiş bir neçə Tac Kütlə Atılmaları qeydə alınsa da, ancaq xarici radiasiya qurşağına təsir etmişdir. Günəşin səthində Tac dəliyi müşahidə olunur.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli yüksək səviyyədə (maks: 3583 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimum sürət 629 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 11 nT, radial istiqamətdə isə -9 nT-yə çatmışdır. Hal-hazırda isə Günəş küləyinin sürəti normallaşaraq 336.4 km/san, planetlərarası maqnit sahəsinin qiyməti 4.34 nT, radial istiqamətdə isə -1.31 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit və aktiv səviyyələrdə olmuşdur. Hal-hazırda geomaqnit sahəsi sakitdir (Kp=1.67).

Kosmik hava proqnozu – proqnoz günlərində (10-17 iyul) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35%, X (R3) sinif isə 1% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin 10-12 iyulda yenidən yüksələcəyi, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürətinə 11 iyulda müsbət qütblü CH HSS-in (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri gözlənilir.

Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4 Kp-yə kimi yüksəlməsi ehtimalı var.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта