AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Şimali Atlantikada suyun temperaturu yeni rekord göstəriciyə çatıb

02.08.2023 /

ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin (NOAA) məlumatlarına əsasən Aralıq dənizindən sonra növbəti yüksək temperatur rekordu Şimali Atlantikada qeydə alınıb. Keçən həftə Atlantik okeanın şimal hissəsinin temperatur göstəricisi tarix ərzində olmuş müşahidələr çərçivəsində ən rekord həddə çatıb. Bu xəbər alimlərin bu ilin iyul ayının tarix ərzində ən isti ay olacağı məlumatlarından sonra ortaya çıxdı. Atlantik okeanının şimal hissəsinin bu günlərdə səthinin temperaturu 24.9 dərəcə Selsi təşkil edir. Adətən Şimali Atlantika öz temperatur göstəricisinin pik həddinə sentyabr ayının əvvəlində çatır.

Mütəxəssislərin sözlərinə əsasən daha öncəki rekord temperatur göstəricisi 2022-ci ilin sentyabr ayında müşahidə edilmişdi və həmin vaxtda temperatur 24.89 dərəcə Selsi təşkil etmişdi. Gözləntilərə əsasən Atlantik okeanın şimal hissəsinin üst layının temperaturu bütün avqust üzrə yüksəlməyə davam edəcək. Çox güman ki, bu mövzuda yeni rekord göstərici qeydə alınacaq. Yer kürəsinin müşahidəsi üçün nəzərdə tutulmuş Copernicus adlı Avropa proqramı NOAA-nın analiz ediyi məlumatlardan daha fərqli məlumatları istifadə edir və onun sözlərinə əsasən o, Şimali Atlantikada 24.7 dərəcə Selsi temperatur göstəricisini qeydə alıb.

Copernicus proqramının təmsilçiləri bildiriblər ki, bu rekord yay fəslinin sonuna kimi yenilənəcək. İyul ayında yüksək temperaturdan zərər çəkmiş Aralıq dənizi regionu artıq uzun zamandır ki, iqlim dəyişikliyinin ocağı hesab edilir. İspan alimlərin sözlərinə əsasən Avropadakı yüksək temperaturlu istiliyin fonunda Aralıq dənizində temperatur rekord həddə çatıb. Söhbət, 28.71 dərəcə Selsi temperatur göstəricisindən gedir. Qlobal miqyasda dünya okeanının temperaturu hər sezon yeni rekordlara imza atır. Məsələn Florida sahillərində suyun temperaturu artıq 38.3 dərəcə Selsiyə çatıb. Okeanlar sənaye dövrünün əvvəlindən insanların fəaliyyətləri nəticəsində ifraz edilmiş istiliyin 90%-ni udublar. Alimlərin sözlərinə əsasən son 20 ildə okeanlar tərəfindən udulmuş bu istiliyin həcmi iki dəfə böyüyüb.

 

technote.az

 

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта