AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Yüksək kütləyə və sıxlığa sahib yeni ekzoplanet kəşf edilib

05.09.2023 /

Astronomlar Yer kürəsindən 535 işıq ili uzaqlığında yerləşən narıncı cırtdan (ulduz növü) ətrafında dövr edən TOI-1853 b adlı yeni ekzoplaneti kəşf ediblər. Kəşf edilmiş bu yeni ekzoplanetin əsas fərqləndirici tərəfi ondadır ki, o, yüksək sıxlığı sahibdir və çox ağırdır. Sözügedən ekzoplanetin ölçüsü Neptunun ölçüsünə bərabərdir. Lakin onun kütləsi Neptunun kütləsindən 4.3 dəfə böyükdür. Aparılmış hesablamalara əsasən TOI-1853 b-nin kütləsi hər kub sm-ə 9.7 qramm təşkil edir. Bu isə eyni ölçüdə olan digər planetlərin sıxlıqlarından daha yüksəkdir. Bu o deməkdir ki, bu yeni ekzoplanet Merkuri, Venera, Yer kürəsi və Mars kimi əsasən daşdan təşkil edilib.

 

Alimlər bu cür ölçüyə sahib planet üçün anomal kütlənin mənbəyini anlamaq istiqamətində kompüter modelləşdirməsindən istifadə ediblər. Aparılmış analiz onu göstərib ki, TOI-1853 b bir neçə nəhəng kosmik obyektin toqquşması nəticəsində formalaşıb. Ekzoplanetin sahib olmuş olduğu yüngül atmosfer ilə suyun bir hissəsi toqquşma nəticəsində buxarlanıb. Bu planetdə həyat növünün formalaşması mümkündürmü? Çox güman ki, xeyr. Sözügedən ekzoplanet Yer kürəsi və Günəş arasındakı məsafə ilə müqayisədə öz ulduzuna 50 dəfə daha yaxın yerləşir. O öz ulduzu ətrafında tam dövrü 30 saata reallaşdırır və onun səthindəki temperatur göstəricisi 1200 dərəcə Selsi təşkil edir. 

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 13.03.2026
  • 11.03.2026
  • 11.03.2026
  • 06.03.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта