AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

03.10.2023 /

Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəşin fəallığı orta səviyyədə olmuşdur.  Maksimal sinifli alışma 3452 regionundakı M 2.5 (R1) sinifli alışma olmuşdur. Alışmalar nəticəsində II radioemissiya, həmçinin Yerə istiqamətlənmiş bir neçə Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı artaraq, 8 ləkə qrupu və 136 ləkə müşahidə olunur. Günəşin səthindəki Tac dəlikləri geoeffektivdir.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli 3755 pfu-ya kimi yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə S1 səviyyəli radiasiya qasırğası gözlənilməsinə baxmayaraq, fon səviyyəsində qalmışdır. Hesabat dövründə Günəş küləyinin sürəti azalaraq, maksimal sürət 532 km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti 24 nT, radial istiqamətdə isə -18 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normallaşaraq 359 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6 nT, radial istiqamətdə isə -5 nT təşkil edir. Hesabat dövrü ərzində 25 sentyabrda başlayan geomaqnit qasırğası 26 sentyabrda G2 (orta) səviyyəsinə kimi yüksəlmişdir. Həmçinin 22 və 25 sentyabrda baş vermiş TKA-nın təsiri ilə hesabat dövründə geomaqnit sahəsi qeyri-sabit olmuşdur.

Kosmik hava proqnozu - Proqnoz günlərində (2 - 8 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 3-4 oktyabr tarixlərində yüksəlməsi ehtimalı var, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır. Günəş küləyinin sürətinə 2-3 oktyabrda müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli  Zərrəciklər Selinin təsiri gözlənilir. Müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə geomaqnit sahəsinin 3-4 oktyabrda qeyri-sabit və aktiv səviyyələrdə olacağı gözlənilir.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта