AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

08.11.2023 /

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi Şurasının iclası keçirilib.

Tədbirdə Elmi şuranın üzvləri, FRTEB-in əhatə etdiyi elmi müəssisələrin baş və icraçı direktorları, iclasın gündəliyi üzrə məsələlərə aidiyyəti olan şəxslər iştirak ediblər.

Öncə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev çıxış edərək, AR Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası məqsədilə ölkəmizdə aparılan tədqiqatların idarə olunması, maliyyələşdirilməsi, müvafiq institut və təşkilatların maddi-texniki bazasının gücləndirilməsi və s. kimi mühüm məsələlərin həyata keçirilməsi istiqamətində işlərin görüldüyünü söyləyib. Bildirib ki, ötən müddət ərzində AR Elm və Təhsil Nazirliyi ilə bağlı bir sıra normativ-hüquqi sənədlər qəbul edilmiş, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yaradılmışdır. Akademik qeyd edib ki, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi” təsdiq olunmuş, onun mövcud strukturuna müvafiq hüquq və vəzifələri müəyyənləşdirilmişdir.

“Artıq yeni hüquqi şəraitdə FRTEB üzrə elmi müəssisələrin qarşısına daha ciddi və strateji vəzifələr qoyulur ki, bu da onların öz fəaliyyətini yenidən nəzərdən keçirməsini, hər bir alim və tədqiqatçının öhdəsinə düşən missiyanı daha məsuliyyətlə yerinə yetirməsini, qlobal çağırışlara adekvat elmi tədqiqatlarla məşğul olmalarını zəruri edir”, – deyən AMEA-nın vitse-prezidenti məsul şəxsləri bu vəzifələrin həyata keçirilməsində daha fəal olmağa və intellektual potenisalı səfərbər etməyə çağırıb.

Akademik Rasim Əliquliyev FRTEB-in əhatə etdiyi elmi müəssisələr tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi – “Heydər Əliyev ili” çərçivəsində həyata keçirilmiş müxtəlif istiqamətli işlər barədə hesabatın hazırlandığını və növbəti iclaslarda geniş şəkildə müzakirə olunacağını qeyd edib. Həmçinin akademik Rasim Əliquliyev iclas iştirakçılarının diqqətinə FRTEB-in əhatə etdiyi elmi müəssisələrin 2023-cü il üçün illik hesabatlarının keçirilməsi ilə bağlı müvafiq məlumatı çatdırıb.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Akademiyanın yeni təsdiq olunmuş Nizamnaməsində bir sıra funksiyaların, o cümlədən, bölmənin əhatə etdiyi elmi müəssisələrin, tabeçiliyindən asılı olmadan respublika üzrə müxtəlif elmi-tədqiqat qurumlarının fəaliyyətinin elmi nöqteyi-nəzərdən qiymətləndirilməsi, elmi ekspertizanın keçirilməsi, hesabatların təşkili kimi işlərin elmi bölmələrə həvalə olunduğunu vurğulayıb. Hesabat iclaslarında bölmələrin əhatə etdiyi elmi müəssisələrdə araşdırılan elmi problemlərin yenidən nəzərdən keçirilməsi, dövlət və cəmiyyətin maraqlarına uyğunlaşdırılması, dövlət siyasətinin prioritetləri və yeni çağırışlarla bağlı olan elmi problemlərin aktuallaşdırılması, əldə olunan mühüm elmi nəticələrin nüfuzlu elmi bazalara daxil olan jurnallarda dərc olunması, elmi təşkilatların və tədqiqatçıların elmmetrik göstəricilərinə diqqətin artırılması, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, ali məktəblər və elmi-tədqiqat müəssisələri arasında münasibətlərin qurulması, birgə tədqiqatların həyata keçirilməsi istiqamətində intellektual diskussiyaların aparılmasının önəmini qeyd edib.

Sonra Elmi şurada görkəmli elm xadimi, 2001-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş, akademik Mahmud Kərimovun 75 illik yubileyinə həsr edilmiş elmi toplantıların keçirildiyi qeyd olunmuş, akademik Mahmud Kərimovun xatirəsinə həsr olunmuş kitabın hazırlanması ilə bağlı görüləcək işlər və tövsiyələr müzakirə edilmişdir.

Həmçinin akademik Nazim Məmmədovun 70 illik yubileyi ilə bağlı AMEA Rəyasət Heyətinin qəbul etdiyi qərarlardan danışılıb, bu münasibətlə elmi sessiyanın və digər tədbirlərin təşkili istiqamətində işlərin görüləcəyi bildirilib.

Daha sonra Bölmənin əhatə etdiyi elmi müəssisələrdə 2023-2024-cü tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə olunub, FRTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri tərəfindən doktorant və dissertantların dissertasiya mövzularının elmi ekspertizası aparılıb, irad və təkliflər səsləndirilib.

Sonda FRTEB-in əhatə etdiyi elmi müəssisələrin qarşısında dayanan digər mühüm məsələlərin həlli istiqamətində geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr bildirilib, müvafiq qərarlar qəbul olunub.

 

science.gov.az

 

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта