İdarəetmə Sistemləri İnstitutu Karyera Sərgisində iştirak ediblər
27.11.2023 /27 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi SABAH qrupları çərçivəsində Karyera Sərgisi keçirilib.
Karyera Sərgisində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) stendini İSİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kiçik elmi işçi Lamiyə Nəcəfova və kiçik elmi işçi Nigar Əhmədli təmsil ediblər. Onlar institutda aparılan elmi tədqiqat işləri, doktorantura təhsili və sairə barədə SABAH Qrupları tələbələrini və sərgi iştirakçılarını məlumatlandırıblar.