AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrların nəzərinə!

27.12.2023 /

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il 14 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 2023-cü il 25 dekabr saat 14:30-dan 2024-cü il 7 yanvar saat 12:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 40 (qırx) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının epayment.dim.gov.az səhifəsində verilib).

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri (şəhəri) seçilir. Sonra isə telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, xarici dil seçilir və “Qeydə al” düyməsi basılır.

İmtahan yeri (bina) barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Məlumat üçün qeyd edək ki, sınaq imtahanında yeni imtahan modelinə uyğun olaraq məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından, həmçinin xarici dil üzrə esse tipli yazı tapşırıqlarından da istifadə olunacaq.

İmtahanda əvvəlki illərdə olduğu kimi, bakalavrlara məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə isə 25 test tapşırığı təqdim olunacaq.

Xarici dil üzrə test blokunda isə 20 test tapşırığı təqdim ediləcək, həmçinin bakalavrlar xarici dil üzrə yazı işi (esse) yazacaqlar.

Xarici dil üzrə imtahan blokunda edilmiş dəyişikliklər nəzərə alınaraq imtahan müddətinə 30 dəqiqə əlavə olunmuşdur, yəni ümumi imtahan müddəti 3 saat 30 dəqiqə olacaq. Test tapşırıqlarını cavablandırmağa 3 saat, esseni yerinə yetirmək üçün isə 30 dəqiqə vaxt verilir.

Bakalavrların nəzərinə çatdırırq ki, Magistraturaya qəbulla əlaqədar Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlər əsasında “Magistr” 2 jurnalında dərc olunmaq üçün ənənəvi “Sorğulara cavablar” rubrikası hazırlanıb. Ən səciyyəvi müraciətlər və onlara Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış cavablarla linkə keçid edərək tanış ola bilərsiniz.

“Sorğulara cavablar” magistraturaya qəbulla bağlı bakalavrları maraqlandıran bir çox məqamlara aydınlıq gətirəcək.

Qeyd: Magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) 2024-cü il fevral və ya mart aylarında keçirilməsi nəzərdə tutulur.

dim.gov.az
Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта