AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

DİM cari ildə keçiriləcək imtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlərə başlayır

08.01.2024 /

Zal nəzarətçisi qismində imtahanlarda iştirak edəcək şəxslər üçün təlimlər 15 yanvar 2024-cü il tarixində başlanılır.

Təlimlərə təcrübəsi az olan və imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər cəlb olunur.

2024-cü il fevralın 2-dək davam edəcək təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Təlimlər respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və 6069 zal nəzarətçisinin bu prosesdə iştirak edəcəyi gözlənilir.

Təlimlər: 

– nəzarətçilərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq;

– şəxsi anket məlumatlarını dəqiqləşdirmək;

– onlara imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı prosedur qaydalarını mənimsətmək;

– imtahan auditoriyasının – imtahan zalının idarə olunmasında peşəkarlığın əldə olunması baxımından mühüm olan məqamları izah etmək;

– imtahanın gedişində rast gəlinəcək problemlərin həlli yollarını izah etmək;

– nəzarətçi – iştirakçı, nəzarətçi – imtahan rəhbəri münasibətlərinin tənzimlənməsində əsas tutulmalı qaydaları onların diqqətinə çatdırmaq;

– xüsusi hallarda onların operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaq məqsədilə keçirilir.  

Təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15-20 nəfərlik qruplarla həyata keçirilir. Təlimlərdə iştirakçılara imtahanın gedişi – imtahan iştirakçılarının imtahan zalına buraxılması, sənədlərinin yoxlanılması, imtahan zalı üzrə yerləşdirilməsi, cavab kartlarının (vərəqlərinin) və sual kitabçalarının paylanması və yığılması zamanı diqqət etməli olduqları məqamlar, imtahanın gedişi haqqında protokolun doldurulma forması, imtahan iştirakçılarının davranış qaydaları, imtahan prosesində imtahan rəhbərləri ilə fəaliyyətin əlaqələndirilməsi və imtahan zalının idarə olunması qaydaları izah olunur. 

Bunların yaddaşda möhkəmləndirilməsi məqsədilə imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat və videorolik nümayiş etdirilir. Təlimlərdə həmçinin açıq tipli test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun istifadə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır.

Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 14519 zal nəzarətçisi haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün sonra təlimlər keçirilməsi nəzərdə tutulur.

Təlimlərin qrafiki ilə buradan tanış ola bilərsiniz. Təlimlərdə iştirak edəcək zal nəzarətçilərinin siyahısı nəzarətçilərin elektron qeydiyyatı sistemi vasitəsilə rayon və məktəb üzrə əlaqələndiricilərə təqdim olunur.

dim.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта