Windows 11-in 100 MB həcmli versiyası yaradılıb
24.01.2024 /NTDEV ləqəbli tərtibatçı öz qarşısına Windows 11-in ən yüngül versiyasını yaratmaq məqsədini qoyub və buna nail olub. Belə ki, tərtibatçı Windows 11-i 100 MB həcmə kimi sıxışdırıb və buna baxmayaraq əməliyyat sistemi tam funksional olub. 100 MB-lıq həcm limitində qalmaq üçün tərtibatçı əməliyyat sisteminin qrafik interfeysindən imtina edib. Tərtibatçının yaratmış olduğu NT-DOS adlı işlək platforma yalnız mətn rejimi vasitəsilə çalışır və onun həcmi 100 MB təşkil edir. Quraşdırılandan sonra o, sistem diskində 1.9 GB yer tutur və üstəlik multitasking funksionallığını dəstəkləyir.