AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Google Chrome-da 3 yeni süni zəka funksiyası istifadəyə veriləcək

26.01.2024 /

Google özünün Chrome brauzerində 3 yeni funksiyanın testinə start verib. Sözügedən yeni funksiyalar süni zəka alqoritmləri əsasında çalışsalar da, internetdə axtarış üçün nəzərdə tutulmayıblar. Yeni funksiyalar brauzerdən gündəlik istifadə ssenarilərində istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına hədəfləniblər. Beləliklə birinci funksiya “Organize tabs” adlanır. Bu funksiya süni zəka alqoritmlərindən istifadə edərək oxşar mövzulara sahib qovluqları bir qovluq qrupunda birləşdirir. Bunun üçün istifadəçi hər hansısa qovluq üzərində mouse-un sağ düyməsini klikləyərək “Organizing into a tab group” bəndini seçməlidir.

İkinci funksiya brauzerin temalar mağazasını əhatə edir. Belə ki, istifadəçi lazımi fotonu, tərtibat tərzini, rəngi və digər parametrləri seçərək brauzer tərəfindən avtomatik şəkildə tərtib edilmiş görüntü temasını əldə edəcək. Üçüncü funksiya “Help Me Write” adlanır. Sözügedən funksiya veb saytlarda mətnlərin daxil edilməsi üçün nəzərdə tutulmuş istənilən sahədə çalışır. Bu funksiya çərçivəsində süni zəka alqoritmi istifadəçidən nəyin yazılmalı lazım olduğunu soruşacaq. İstifadəçi öz növbəsində müəyyən mövzunu təqdim edəndən sonra sistem həmin mövzu ətrafında yazını tərtib edəcək. Bu funksiya elektron məktubların yazılmasında faydalı ola bilər. Sözügedən funksiyalar Chrome brauzerinin stabil versiyasında yaxın zamanda istifadəyə verilməlidir.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта