Windows 10 istifadəçilər arasında Windows 11-dən daha məşhur olmaqda davam edir
03.04.2024 /Statcounter analitik saytı bu ilin mart ayı üzrə istifadəçi kompüterlərində Windows əməliyyat sisteminin müxtəlif versiyalarının nə dərəcədə məşhur olduqları statistikasını təqdim edib. Statistikadan məlum olub ki, Microsoft-un Windows 11-in istifadəçilər arasında daha geniş yayılması üzrə olan bütün səylərinə baxmayaraq mart ayında bu əməliyyat sistemi statistik göstərici mövzusunda Windows 10-dan olduqca geridə qalıb.
Beləliklə statistikaya əsasən mart ayında Windows 11-in bazar payı 26.72% təşkil edib. Bu isə fevral ayındakı göstəricidən 1.46% daha azdır. Windows 10 isə əksinə fevral ayındakı göstəricidən 2% daha çox bazar payı yığıb. Nəticədə onun bazardakı payı 69.04% təşkil edib. Windows-un daha köhnə versiyaları vasitəsilə çalışan kompüterlərin sayı getdikcə azalmağa davam edir. Belə ki, mart ayında Windows 7-nin bazar payı 3.04%, Windows 8.1-in bazar payı 0.44%, Windows XP-nin bazar payı isə 0.39% təşkil edib.