AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Kosmik Günəş elektrostansiyasının işlək prototipi hazırlanıb

17.04.2024 /

Space Solar şirkəti kosmosda yerləşdirilməsi planlaşdırılan CASSIOPeiA adlı Günəş elektrostansiyası vasitəsilə 2030-cu ilə qədər milyonlarla evi elektrik enerjisi ilə təmin etməyi hədəfləyib. Bunun üçün şirkət mühəndisləri Günəş elektrostansiyasının kiçik ölçülü prototipini hazırlayıblar. Məlumata əsasən kosmosda yerləşəcək bu cür Günəş elektrostansiyası özündə 1600 metrlik enə sahib Günəş panelləri ilə güzgüləri birləşdirəcək. Onun Yer kürəsi səthindən 30 000 km yüksəklikdə quraşdırılması planlaşdırılır. Mütəxəssislərin hesablamalarına əsasən sözügedən kosmik Günəş elektrostansiyasının inşası üçün çoxlu sayda raket uçuş missiyası və inşa prosesində iştirak edəcək robotlar lazım olacaq.

Bununla yanaşı elektrik enerjisinin daimi şəkildə təmin olunması üçün elektrostansiya mütəmadi olaraq Günəşə tərəf istiqamətlənməlidir. Məlumata əsasən Günəş panelləri Yer səthindən fərqli olaraq kosmosda 13 dəfə daha çox Günəş enerjisi qəbul edə bilirlər. Belə ki, Günəş işığı kosmosda daimidir və onun intensivliyi daha yüksəkdir. Elektrostansiya Günəş enerjisini yığaraq onu Yer səthindəki konkret qəbulediciyə göndərəcək. CASSIOPeiA-nın kiçik ölçülü prototipinin laboratoriya şəraitində testi çərçivəsində mütəxəssislər laboratoriyadan ötürülmüş naqilsiz şüa vasitəsilə işığı yandıra biliblər.

Hal-hazırda Space Solar komandası elektrostansiya hissələrinin kosmosa çatdırılması mövzusunda SpaceX şirkəti ilə danışıqlar aparır. Hesablamalara əsasən elektrostansiyanın bütün hissələrinin kosmosa çatdırılması üçün 68 uçuş missiyası reallaşdırmaq lazım gələcək. Yerinə yetirilməsi lazım olan digər bir vacib məqam isə ondan ibarətdir ki, mütəxəssislər ictimaiyyəti kosmosdan Yer kürəsinə ötürülən şüaların təhlükəsizlik olduqlarına əmin etməlidirlər.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта