AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Süni intellekt artıq Google-da axtarış nəticələrini cavablayacaq!

24.04.2024 /

Google bir müddətdir ki, axtarış sistemini süni intellektə əsaslanan xüsusiyyətlərlə gücləndirmək üzərində işləyir. SGE (Search Generative Experience) adlı xüsusiyyət ilə şirkət istifadəçilərə axtarış sorğularına sürətli və aydın cavablar verən süni intellekt xülasələri təklif edəcək.

Bu yaxınlarda şirkət, ABŞ-dakı sınaqlardan sonra süni intellekt xülasələrini Google Axtarış-ın müntəzəm nəticələrinə inteqrasiya etmək üçün qlobal miqyasda sınaqlara başlayıb. Bu yeni funksionallıq kiçik məlumat qutuları şəklində konkret şəxslər, yerlər və ya təşkilatlar haqqında verilən sualların cavablarını özündə ehtiva edir. Əlavə olaraq, bu AI xülasələrinin hazırda yalnız mobil proqramda göründüyü bildirilir. Hazırda sınaq mərhələsində olan bu xüsusiyyət Google-un axtarış sistemini daha istifadəçi dostu və daha sürətli etmək üçün göstərdiyi səylərin əksi kimi qiymətləndirilir.

SEO mütəxəssisi Brodie Clark bildirir ki, o, VPN-dən istifadə etməklə həm öz ölkəsində, həm də Böyük Britaniya, ABŞ və Hindistan kimi ölkələrdə süni intellekt tərəfindən yaradılan cavabları alır. Google bu xüsusiyyəti təklif edərkən, uzun yükləmə müddətlərinin qarşısını almaq üçün cavabları əvvəlcədən hazırlayır və onları keşdə saxlayır. Buna görə də, süni intellekt xülasələri əlavə gözləmə vaxtı olmadan tez bir zamanda istifadəçilərə təqdim edə bilir. Bununla belə, bu xüsusiyyətə qarşı bəzi tənqidlər də mövcuddur. Belə ki, süni intellekt qutularındakı mənbələrdə çox vaxt yalnız ən populyar mənbələrin adları göstərilir (adətən Wikipedia). Digər az tanınan, lakin etibarlı mənbələr isə əlavə kliklər tələb edə bilir. Bundan əlavə, bu süni intellektə əsaslanan xülasələrdə “AI-Overviews are experimental” (Süni İntellekt Xülasələri Ekperimentaldır) ifadəsi kiçik və gözəgörünməz şəkildə göstərilir. Test mərhələsində olan bu xüsusiyyət üçün belə kiçik bir xəbərdarlıq istifadəçilərin eksperimental xüsusiyyətlərdən xəbərdar olmasını çətinləşdirə bilər.
 
Google-un bu süni intellektlə dəstəklənən xüsusiyyətini qlobal miqyasda nə vaxt təqdim edəcəyi hələlik məlum deyil. Lakin bütün dünyada aparılan sınaqlar göstərir ki, süni intellekt informasiya qutuları tezliklə Google Axtarış-ın standart funksiyasına çevriləcək.
technote.az
Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта