
Microsoft, Windows 10-dakı cansıxıcı problemi həll edə bilmədiyini qəbul edib!
06.05.2024 /
Microsoft həftələr əvvəl buraxılmış Windows 10 KB5034441 yeniləməsindəki problemləri həll edə bilməyəcəyini təsdiqləyib. İstifadəçilər “0x80070643 - ERROR_INSTALL_FAILURE” problemini özləri həll etməli olacaqlar.
Microsoft, yanvar ayında Windows 10 və 11 üçün buraxılmış KB5034441 yeniləməsində fırıldaqaçılara WinRE (Windows Bərpa Mühiti) istifadə edərək BitLocker şifrələməsindən yan keçməyə imkan verə biləcək mühüm zəifliyi düzəltdi. Lakin maraqlısı odur ki, bu yeniləməni quraşdırmağa çalışan Windows 10 istifadəçiləri həftələrdir ki, "0x80070643 - ERROR_INSTALL_FAILURE" xətası ilə qarşılaşırlar. Bu problemə əsaslanaraq, Microsoft, yeniləmə buraxmaqla səhvi düzəldə bilməyəcəyini sakit bir şəkildə təsdiq edib.


