Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransları keçiriləcəkdir
14.05.2024 /Hörmətli həmkarlar!
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün qeyd olunması ilə bağlı silsilə tədbirlər çərçivəsində Bakı Ali Neft Məktəbində 2024-cü ilin aprel ayı ərzində aşağıda qeyd edilən mövzularda Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransları keçiriləcəkdir:
- "Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru" - 15-17 aprel 2024-cü il;
- "Neft-qaz geologiyası və mühəndisliyi" - 17-19 aprel 2024-cü il;
- "INFOTECH-2024" - 24-26 aprel.
Konfransda iştirak etmək arzusunda olan şəxslər məruzələrini 30 yanvar 2024-cü il tarixinə qədər müvafiq tələblərə uyğun olaraq Bakı Ali Neft Məktəbinin internet səhifəsində (http://conference-bhos.az) elektron qeydiyyatdan keçməklə təqdim etməlidirlər. Təqdim olunmuş məruzələr antiplagiat sistemində yoxlanacaqdır.