AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

BANM-də Beynəlxalq Elmi Konfransların qalibləri mükafatlandırılıb

29.05.2024 /

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfranslarının bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

 

Elmi konfransların beş ildir beynəlxalq səviyyədə təşkil edildiyini deyən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransın işini yüksək dəyərləndirib. Eləcə də təqdim olunan tezislər barədə təqdimat edib. Bildirib ki, builki konfranslara ümumilikdə 517 tezis göndərilib, onlardan 384-ü qəbul edilib. Habelə 55 müəssisədən tezis daxil olub ki, bu da konfransın yüksək səviyyədə keçdiyini göstərir. Rektor gənclərin elmi-tədqiqatlara istiqamətləndirilməsi və elmi fəaliyyətə təşviq edilməsinin önəmini də vurğulayıb.

 

Sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Tural Əhmədov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini  Əminağa Sadıqov, SOCAR-ın İnsan Kapitalının İnkişafı və Funksional Mükəmməllik Departamentinin rəis müavini Tural Məmmədov, Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxış ediblər. BANM-də ənənəvi olaraq keçirilən bu elmi konfransların gənclərin elmi-tədqiqata marağının artması baxımından vacibliyini vurğulayıblar.

 

Daha sonra “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru”, “İNFOTECH 2024” və “Neft-qaz geologiyası və mühəndisliyi” mövzuları üzrə qaliblər müəyyənləşib.

 

Bakı Ali Neft Məktəbi, Neft-Kimya Prosesləri İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, İnformasiya Texnologiyaları İnstitutu, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, Geologiya və Geofizika İnstitutu, Bakı Dövlət Universiteti, eləcə də İzmir Katib Çələbi Universiteti (Türkiyə), Almetyevsk Dövlət Neft İnstitutu (Rusiya) və Kral Fəhd Neft və Minerallar Universitetinin (Səudiyyə Ərəbistanı) qalib olan tələbələri və gənc tədqiqatçıları mükafatlandırılıb.

 

Xatırladaq ki, qiymətləndirmə müxtəlif sənayə müəssisələrindən olan münsiflər heyəti tərəfindən edilib. Qeyd edək ki, münsiflər heyətinin tərkibində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları r.e.d., dosent Anar Rəhimov və t.ü.f.d. Gülnarə Vəlicanova iştirak ediblər.

 

Konfranslarda BANM-in tərəfdaşları “SOCAR Midstream”, “SOCAR Upstream”, “SOCAR Downstream”, “SOCAR Polymer”, “SOCAR AQŞ”, “Emerson”, “ABB”, “Maire Tecnimont Group”, “Caspian Innovation Center” və “Azərbaycan Beynəlxalq Bankı” şirkətləri olub. 

bhos.edu.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта