
Naxçıvan Dövlət Universitetinə strateji dəstək məqsədli səfər baş tutub
10.06.2024 /
İyunun 6-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) əməkdaşları Naxçıvan Dövlət Universitetinə (NDU) strateji dəstək məqsədli səfər edib. Səfərin təşkilində məqsəd “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının icrası, NDU ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili, beynəlxalq reytinq cədvəllərində iştirak istiqamətində işin təşkilindən ibarət olub.
Görüş zamanı Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov beynəlxalq əməkdaşlıq məsələləri, əcnəbi tələblərin sayının artırılması və reytinq cədvəllərində iştirakın vacibliyinə toxunub.
Daha sonra ali təhsil müəssisəsində təhsil alan bir qrup əcnəbi tələbələrlə görüş baş tutub, onları maraqlandıran suallar cavablandırılıb.


