AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

NASA, Yupiterin peykində nəhəng vulkan kəşf edib!

16.09.2024 /

Elm adamları, NASA-nın 2 missiyası tərəfindən yarım əsr aralıqla çəkilmiş şəkilləri müqayisə edərək Yupiterin peyki Io-da nəhəng yeni aktiv vulkan aşkar ediblər.
Yeni vulkan, Io ekvatorunun cənubunda əvvəllər heç bir vulkanik xüsusiyyətin aşkar edilmədiyi ərazidə ortaya çıxıb. Bu, 1997-ci ildə Galileo kosmik aparatı tərəfindən eyni bölgədən çəkilmiş şəkillərlə müqayisə edildikdə aşkar edilmişdir. Tədqiqatçılar, bu nəhəng vulkanik quruluşun son 27 ildə meydana gəldiyini bildiriblər. Bu tapıntılar, Io vulkanik strukturunun nə qədər aktiv olduğunu bir daha ortaya qoyur. JunoCam tərəfindən çəkilən görüntülər, vulkanın şərq tərəfində qırmızı ləkələrlə örtülmüş ərazinin olduğunu göstərir. Elm adamları, bu qırmızı ləkələrin kosmosa atılan kükürdün Io səthinə geri enməsi nəticəsində yarandığını düşünürlər. Qərb tərəfində isə 2 tünd lava axını və təxminən 100 kilometr uzunluğunda 2 boz dairəvi çöküntü var.

JunoCam, 2023 və 2024-cü illərdə Io-da aktiv vulkanik birləşmələrlə əlaqəli 9 fərqli püskürmə, eləcə də yeni lava axınları kimi səth dəyişikliklərini müşahidə edib. Təxminən Ay ölçüsündə olan Io, Yupiter və digər Qaliley peykləri Avropa və Qanimed arasında sıxışdırılmış vəziyyətdədir. Bu vəziyyət, bir-biri ilə rəqabət aparan cazibə qüvvələri səbəbindən Io-nun daxili strukturunda çoxlu sürtünmə əsaslı istilik yaradır. Bu səbəbdən vulkan püskürmələri daim Io səthini bombalayır. Bu partlayışların ərimiş kükürd və onun komponentlərini atdığı güman edilir. NASA, Juno missiyasını 2011-ci ildə başladıb. Peyk, 2016-cı ildə Yupiter sisteminə çatmış və əsas missiyasını 2021-ci ildə tamamlamışdır. Lakin NASA, 2025-ci ilə qədər davam edəcək uzadılmış missiyanı həyata keçirib. Əgər başqa cür qərar verilməsə, Juno 2025-ci ildə istismardan çıxacaq.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта