AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

“Mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür

23.09.2024 /

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza ilə “mygov” mobil tətbiqinə giriş imkanı yaradılıb.

“AzInTelecom”un məlumatına istinadla xəbər verir ki, vətəndaşlar “digital.login” vahid giriş sistemi üzərindən “mygov” platformasına daxil olmaqla müxtəlif dövlət qurumları üzrə məlumatları əldə edə bilərlər.

Nazirlik yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi “mygov” rəqəmsal hökumət platformasında iş və yaşayış yeri, ailə tərkibi, adına olan əmlaklar, diplomlar, mobil nömrələr, cərimələr, etibarnamələr və s. daxil olmaqla 40-dan çox rəqəmsal məlumat, eləcə də şəxsiyyət vəsiqəsi, nikah, doğum və ölüm haqqında şəhadətnamə kimi rəqəmsal sənədlər təqdim olunur. Vətəndaşlar bu rəqəmsal sənəd və məlumatları QR kod, yaxud PDF şəklində paylaşa bilərlər.

Tətbiq sayəsində vətəndaşlar üçün qurumlar tərəfindən fərdi məlumatların istifadəsinə nəzarət etmək imkanı da yaradılıb. Eyni zamanda ailə qurmaq, valideyn olmaq və ailə üzvünün vəfatı kimi həyat hadisələri zamanı zəruri dövlət xidmətləri “mygov” üzərindən təqdim olunur.

“SİMA İmza”nı əldə etmək üçün mobil telefona eyniadlı tətbiqi yükləmək kifayətdir. Tətbiqdən istifadə vətəndaşlar üçün ödənişsizdir.

SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və 157 Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

azertag.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 01.04.2026
  • 01.04.2026
  • 01.04.2026
  • 01.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта