
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində növbəti vətəndaş qəbulu keçirilib
04.10.2024 /
Oktyabrın 3-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova vətəndaşları qəbul edib. Qəbul zamanı tələbələrin köçürülməsi, işə qəbul və digər məsələlərə aid vətəndaşların müraciət və şikayətləri dinlənilib və onların qanunvericilik çərçivəsində həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul cədvəlinə uyğun olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi tərəfindən hər ay vətəndaşların qəbulu keçirilir.
Vətəndaşlar 146-6 Çağrı Mərkəzinə zəng edərək qəbula yazıla bilərlər.


