AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

07.10.2024 /

Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəş fəallığı yüksək səviyyədə qalmışdır. 3842 ləkə oblastı aktivdir, bu oblastda 25-ci tsiklin ən güclü alışması - X9.0 sinifli alışma baş vermişdir. Alışmalara bağlı olaraq II-IV tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 8 ləkə qrupunda 167 ləkə və Tac Dəliyi müşahidə olunur. Yerə istiqamətlənmiş komponentə malik bir neçə Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli yüksələrək normal və orta, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 648 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 16 nT, radial istiqamətdə isə -12 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti 465 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 8.9 nT, radial istiqamətdə isə -1.2 nT təşkil edir.

Hesabat dövründə X sinifli alışmalar, alışmalara bağlı TKA-ın təsiri ilə 4-5 oktyabrda G2(orta) - G3(güclü) səviyyəli geomaqnit qasırğası gözlənilsə də, geomaqnit qasırğası 06 oktyabr axşam saatlarından başlamışdır və qeyd olunan maksimal səviyyə G2-dir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (7-13 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 30% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və həyəcanlaşmış səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 səviyyəsinə yüksələcəyi gözlənilir. 

Günəş küləyinin sürətinin də TKA-nın və müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə yüksələcəyi gözlənilir.

Geomaqnit sahəsi – Gün ərzində geomaqnit qasırğasının G1 səviyyəsində davam edəcəyi gözlənilir. 9 oktyabradək isə TKA və müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri gözlənilir.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта