AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Astronomlar Yerdən uzaqda fırlanan yeni diskli qalaktika aşkar ediblər

08.10.2024 /

Astronomlar Sekstant bürcündə, Yerdən uzaqda fırlanan diskli qalaktikaların ən qədim nümunəsini aşkar ediblər. Onlar qeyd ediblər ki, bu qalaktikanı Böyük partlayışdan cəmi 700 milyon il sonra olduğu vəziyyətdə müşahidə etmək olar.

Avropa Cənub Rəsədxanasının (ESO) mətbuat xidmətinin məlumatına görə, Süd Yolu kimi fırlanan qədim diskli qalaktikanın kəşfi ilkin Kainatın xaotik şəkildə düzülən və müasir tarixi dövrdə kosmosu dolduran ciddi nizamlı qalaktikalara çevrilmə sürəti ilə bağlı nəzəriyyəni şübhə altına alır.

Leid Universitetinin astronomu Lusi Rouland bildirib ki, diskli qalaktikalar Kainatda ən çox yayılmış obyektlərdən biridir və qalaktikaların ümumi sayının təxminən 60 faizini təşkil edir. Bu kateqoriyaya həm spiral, həm də lentikulyar qalaktikalar daxildir. Diskli qalaktikanın forması onlarla və ya yüz milyardlarla ulduzdan ibarət yastı diskə bənzəyir. Bu silsiləyə Süd Yolu və onun ən yaxın böyük qonşuları daxildir.

Astronomlar keçmişdə belə qalaktikaların erkən Kainatda əhəmiyyətli sayda olmadığına inanırdılar, çünki onlar hesab edirdilər ki, qalaktikaların birləşməsinin yüksək tezliyi və fövqəlkütləli qara dəliklərin fəaliyyət səviyyəsinin artması Süd Yolu və onun analoqları kimi qədim qalaktikaların Kainat üçün xarakterik olan nizamlı quruluşu əldə etməsinə mane olur. Rouland bu fikrin yanlış olduğunu ALMA mikrodalğalı teleskopundan istifadə edərək, erkən Kainatın müşahidələri vasitəsilə aşkar edib.

Alimlərin qeyd etdiyi kimi, bu teleskop ən soyuq qaz və toz axınlarının hərəkətini görmək iqtidarındadır, astronomlar bu yaxınlarda yerüstü tədqiqat teleskopundan Sekstant bürcündə kəşf edilmiş REBELS-25 qədim qalaktikasının strukturunu müəyyən etmək üçün istifadə ediblər. ALMA-nın müşahidələri göstərdi ki, bu obyekt ilkin kainata xas olan xaotik elliptik qalaktika deyil, əksinə, kütləsi Günəşi təxminən 10 milyard dəfə üstələyən böyük diskli qalaktikadır.

Astronomların qeyd etdiyi kimi, bu rəqəm Süd Yolunun kütləsindən yalnız kiçik bir nümunədir ki, bu da ilkin Kainatda bizim qalaktikamıza çox oxşar olan böyük diskli qalaktikaların mövcudluğunu göstərir. Bu kəşf qalaktikaların təkamülü ilə bağlı mövcud nəzəriyyələrin natamamlığına işarə edir. Alimlər belə bir nəticəyə gəliblər ki, böyük spiral və lentikulyar qalaktikalar daha sonra Kainat daha az xaotik vəziyyətdə olanda və sakitləşəndə formalaşmağa başlayıb.

AzərTac

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта