AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Kosmik hava durumu və proqnozu açıqlanıb

03.10.2024 /

Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəşin fəallığı artaraq, 3842 oblastında baş vermiş X7.1 sinifli alışma baş vermişdir. Alışmaya bağlı olaraq II tip radioemissiya və radiosiqnalların ötürülməsində R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 12 ləkə qrupunda 196 ləkə müşahidə olunur.  Alışmaya bağlı olaraq Yerə istiqamətlənmiş Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli  fon səviyyəsində olmuşdur. 

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 547 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 13 nT, radial istiqamətdə isə  -11 nT  olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (341 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 6.27 nT, radial istiqamətdə isə  -0.02 nT təşkil edir.

Hesabat dövründə Geomqnit sahəsinin intnsivliyi sakit və qeyri-stabil səviyyələrdə olmuş, geomaqnit qasırğası baş verməmişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 1.3-ə bərabərdir və kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (03-06 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 35% təşkil edir.

 Gözlənilən TKA-nın təsiri nəticəsində 3-5 oktyabrda enerjisi 2 MeV-dən çox olan elektron selinin və 10 MeV-dən çox enerji yüklü proton selinin enerji səviyyəsinin yüksələcəyi gözlənilir. 

Günəş küləyinin sürətinin də  TKA-nın təsiri ilə  3-5 okytabrda yüksələcəyi gözlənilir.

Geomaqnit sahəsi - 1 oktyabrda baş vermiş X7.1 sinifli alışma Yer-Günəş xətti yaxınlığında yerləşdiyindən və TKA ilə müşaiyət olunduğundan, atılmış plazma selinin ən tez bu gün axşam, ən gec 05 oktyabr sutkanın ilk saatlarında Yerə çatacağı gözlənilir. Nəticədə Yerdə G1(zəif) - G3(güclü) səviyyəli  geomaqnit qasırğası proqnozlaşdırılır.

science.gov.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта