AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası Bakı İqlim Fəaliyyəti Həftəsinə həsr olunmuş tədbir keçirib

04.10.2024 /

Oktyabrın 4-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində dəyirmi masa keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA GAMŞ-nın sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev dövlət başçısı tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini, bu istiqamətdə respublikamızda, o cümlədən Akademiyada çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan, dünyadan artan nüfuzundan danışan alim COP29 kimi mötəbər bir tədbirin ölkəmizə həvalə edilməsinin bu sahədə Azərbaycanda görülən işlərə verilən yüksək qiymətin ifadəsi olduğunu deyib.

Qeyd edib ki, hələ sovet hakimiyyəti illərində Ulu Öndər Heydər Əliyev ölkəmizdə ekoloji məsələlərə xüsusi diqqətlə yanaşıb, müstəqillik illərində bu siyasət genişləndirilib, Prezident İlham Əliyev isə Azərbaycanın ekoloji siyasətini qlobal miqyasa yüksəldib və bu gün ölkəmiz iqlim dəyişmələri kimi dünyanı narahat edən məsələlərdə həlledici rol oynayır.

GAMŞ sədri vurğulayıb ki, bu günlərdə ölkəmizdə keçirilən çoxsaylı mədəni və iqlimlə bağlı tədbirlərdə gənc alimlər yaxından iştirak edib, Azərbaycan Milli Elmlər Akademiyasınında çalışan gənc alim və mütəxəssislər bu istiqamətdə bir sıra işlər görüblər.

Daha sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov tədbir iştirakçılarını MEK-də görməkdən şad olduğunu bildirib. Direktor qeyd edib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində belə bir dəyirmi masanın təşkili olduqca vacibdir və gənc alimlərin bu kimi tədbirlərdə iştirakı önəmli hadisədir.

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov da öz çıxışında tədbirin əhəmiyyətindən danışıb, AMEA-da bu sahədə görülən işlər, keçirilən elmi sessiyalar haqqında məlumat verib.

Dəyirmi masada, o cümlədən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Dilarə Əliyeva, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi Aynur Ələkbərova, AR ETN Molkulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Xəyalə Əliyeva, AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Aysel Muradova və 247 nömrəli tam orta məktəbin şagirdi Dəniz Səmədli mövzu ilə bağlı çıxışlar ediblər. Tədbirdə həmçinin AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sitemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər şurasının sədri Lamiyə Nəcəfova və şuranın katibi Rayihə Niyazova iştirak ediblər.

science.gov.az 

 

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта