AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Mars həyat üçün münbit şəraitini necə itirib?

10.10.2024 /
Alimlərin Marsda mümkün həyat növü barəsində təsəvvürləri bu planetin müşahidə dövrü ərzində dəfələrlə dəyişib. İlk zamanlarda Mars həyat üçün münbit şəraitə sahib olmayan səhralıq hesab edilirdi. Lakin daha sonra aydın oldu ki, sözügedən planetdə bizə məlum bioloji həyat növü son bir neçə milyard il ərzində mümkün olmayıb. Daha uzaq keçmişdə isə planetdə bioloji həyat növü mümkün olmuş ola bilər. İndi isə mütəxəssislər potensial bioloji həyat növünün necə məhv olmasından danışıblar. Marsın uzun illər ərzində müşahidəsi və onun coğrafiyası ilə süxur nümunələrinin distant şəkildə analizləri belə bir qənaətə gəlməyə imkan verirlər ki, təqribi olaraq 4 milyard il bundan öncə Mars səthi kiçik ölçülü okeanlardan, göllərdən və çaylardan təşkil edilib.
     
Lakin daha sonra planetin iqlimi ani olaraq dəyişməyə başlayıb. NASA-nın Curiosity aparatının 154 km-lik enə sahib Gale adlı kraterindəki yeni kəşfləri iqlim dəyişikliyi zamanı planetdə nələrin baş verməsindən və onun iqliminin hansı vəziyyətə gəlməsindən xəbər veriblər. Məlumat üçün qeyd etmək lazımdır ki, Gale adlı krater 3.5-3.8 milyard il bundan öncə həmin əraziyə düşmüş meteor səbəbilə formalaşıb. Kraterin dərin hissəsindən əldə edilmiş süxur nümunələrinin Curiosity aparatı tərkibində olan təchizat vasitəsilə analiz edilməsi nəticəsində məlum olub ki, uzaq keçmişdə Gale kraterində su mövcud olub.
     
Bir qayda olaraq həmin yerdə rütubətli mühit üçün xarakterik olan minerallar formalaşıb. Buna misal olaraq gili, sulfatları və karbonatları gətirmək olar. İqlim dəyişikliklərinin qiymətləndirilməsi nöqteyi nəzərdən bunların arasında ən dəyərlisi karbon və oksigen vasitəsilə formalaşan karbonatlar hesab edilir. Yüngül atom izotopları atmosferdə buxarlanır, ağır atom izotopları isə səthdə qalırlar. Nəticə birinin və digərinin nisbətinə əsasən iqlim barəsində təsəvvürləri formalaşdırmaq olar. “Gale kraterində aşkar edilmiş karbonatların izotopları ekstremal həcmdə buxarlanmaya işarə edirlər. Beləliklə güman etmək olar ki, bu karbonatlar çox güman ki, müəyyən müddət ərzində suyu maye şəklində saxlaya bilmiş iqlim mühitində formalaşıblar” - deyə NASA mütəxəssisləri qeyd ediblər.
     
Karbonatların vəziyyətlərinə əsasən söyləmək olar ki, nə vaxtsa həyat üçün münbit şəraitə sahib olmuş Mars eyni anda iki proses çərçivəsində və ya iki prosesdən hər birində ayrı-ayrılıqda bu münbit şəraitini itirməyə başlayıb. İlk növbədə planetdə rütubətin periodik buxarlanması halları yaşanıb. Daha sonra su buza çevrilməyə başlayıb və buxarlanma prosesi nəticəsində buz yüksək miqdarda duzlanmaya məruz qalıb. Belə şəraitdə isə bizə məlum olan heç bir bioloji həyat növü sağ qala bilməzdi. Hətta bakteriyalar da. Mümkün bioloji həyat növünün axtarışı mövzusunda yeganə alternativ variant kimi Marsın səthaltı sahəsinin analizi qalır.
technote.az
Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта