AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Alimlər Süd Yolu qalaktikasının ən qədim əkizini kəşf ediblər

10.10.2024 /

Cənubi Avropa rəsədxanasının (ESO) alimləri ALMA adlı radioteleskop vasitəsilə maraqlı və eyni zamanda təəccübləndirici bir kəşfi ediblər. Onlar tərəfindən edilmiş kəşf insanların, qalaktikaların təkamülü barəsindəki təsəvvürlərini dəyişir. Məlumata əsasən alimlər Böyük partlayışdan cəmi 700 milyon il sonra mövcud olmuş qalaktikanı kəşf ediblər. Lakin bu kəşfin ən maraqlı və təəccüblü tərəfi ondadır ki, kəşf edilmiş qalaktika öz strukturuna görə bizim Süd Yolu qalaktikamıza bənzəyir. Bu, ən uzaq məsafədə yerləşən və fırlanan diskə sahib spiral formalı qalaktikadır.

Məsələnin ən qəribə tərəfi isə ondadır ki, kainatın belə erkən dövründə bu cür qalaktika əslində mövcud olmamalı idi. Ulduzların və qalaktikaların müasir təkamül nəzəriyyəsinə əsasən bu obyektlərin birləşməsi nəticəsində yaranan xaosdan fırlanan diskə sahib düzgün strukturlu qalaktikanın formalaşması üçün bir neçə milyard illik təkamül prosesi lazımdır. Bu mövzuda sadə misal qismində Süd Yolu qalaktikasına nəzər yetirək. Belə ki, Süd Yolu qalaktikasının indiki vəziyyətinə gəlib çatması üçün 13.8 milyard il vaxt lazım olub.
     
James Webb kosmik teleskopu öz növbəsində nəzəriyyələri tamamilə alt-üst edən kəşflərin edilməsinə səbəb olub. Məsələn 1 il bundan öncə məlum oldu ki, Böyük partlayışdan 2 milyard il sonra Süd Yolu qalaktikasına bənzər spiral formalı qalaktika mövcud olub. Süd Yoluna bənzər kəşf edilmiş yeni qalaktika isə 1 il bundan öncə kəşf edilmiş qalaktikadan 1.3 milyard il daha əvvəl artıq mövcud idi. Kəşf edilmiş yeni qalaktikaya REBELS-25 adı verilib. Əslində bu qalaktika heç də yenicə kəşf edilməyib. Sadəcə olaraq alimlər onun barəsində o qədər məlumat əldə ediblər ki, nəticədə öz fikirlərinin doğru olduqlarını təsdiqləyə biliblər.
technote.az
Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта