AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Google-dakı yeni kodların dörddə birinin süni intellekt tərəfindən yazıldığı açıqlanıb!

31.10.2024 /

Google-un son rüblük qazanc hesabatında CEO Sundar Pichai, şirkətin süni intellektə və mövcud xidmətlərinə münasibəti ilə bağlı açıqlamalar verib.
Süni intellekt hazırda bir çox şirkətin öz işlərinə uyğunlaşdırmağa çalışdığı vacib bir faktordur. Google bu sahədə qabaqcıl şirkətlərdən biridir və bu, Google-un gəlirlərinin artmasına da mühüm töhfə verir. Alphabet-in açıqladığı rəqəmlərə görə, şirkət son rübdə 88.3 milyard dollar gəlir əldə edib. Bu gəlirin əsas hissəsi 76.5 milyard dollar gəlirlə Google Xidmətlərindən, Google Cloud-dan isə illik müqayisədə 35% artım yaşanaraq 11.4 milyard dollar gəlir əldə edilib. Xüsusilə bulud xidmətlərindəki bu artım, Google-un süni intellekt infrastrukturuna təqdim etdiyi xüsusiyyətlər sayəsində mümkün olub.

Google, süni intellekti məhsul və xidmətlərinin bir çox sahəsində aktiv şəkildə istifadə edir. Məsələn, Gemini tərəfindən dəstəklənən süni intellekt söhbət botları, Google Meet-də avtomatik qeydlərin aparılması və YouTube məzmun istehsalçılarına təqdim olunan generativ süni intellekt vasitələri ilə istifadəçilər Google-un süni intellektindən ekosistemin hər sahəsində yararlana bilirlər. Bundan əlavə, Pixel 9 seriyalı smartfonlar da müxtəlif süni intellekt xüsusiyyətlərinə malikdir.
     
CEO Sundar Pichai, axtarış sahəsində də süni intellektin insanların məlumata çatma yollarını genişləndirdiyini və Google Cloud-un mövcud və potensial müştərilərə daha çox xidmət təklif etməsinə imkan yaratdığını vurğulayır. Bundan əlavə, gələcəkdə Google axtarışlarında daha çox süni intellekt xüsusiyyətlərinin olacağı da qeyd edilir.
technote.az
Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта