Elm və təhsil naziri Qətər və Braziliyadan olan həmkarları ilə görüşüb
04.11.2024 /Elm və təhsil naziri Emin Əmrullayev UNESCO-nun Qlobal Təhsil Görüşü tədbiri çərçivəsində Qətərin təhsil və ali təhsil naziri xanım Buthaina Bint Ali Al Jabr Al Nuaimi və Braziliyanın təhsil naziri Kamilo Santana ilə görüşüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, nazir qətərli həmkarı ilə görüş zamanı tezliklə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ilə bağlı fikir mübadiləsi aparıb.
Daha sonra iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri, ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və birgə tədqiqatların aparılması imkanları müzakirə olunub.
Emin Əmrullayev braziliyalı həmkarını isə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29) iştirak etməyə dəvət edib, eləcə də Braziliyanın COP30-a ev sahibliyi edəcəyi üçün təbriklərini çatdırıb.