AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Erkən kainatın ən sürətli şəkildə böyüyən qara dəliyi kəşf edilib!

06.11.2024 /

Astronomlar erkən kainatın ən sürətlə qidalanan qara dəliyini müəyyən ediblər. LID-568 adlandırılan və 7.2 milyon Günəş kütləsinə sahib olan bu qara dəlik, Eddington həddinin 40 qatı bir sürətlə maddə ilə qidalanır.
Eddington həddi haqqında məlumatı olmayanlar üçün qeyd edək ki, bu hədd, astronomiyada və astrofizikada bir ulduzun və ya digər göy cisminin cazibə qüvvəsi ilə radiasiya təzyiqi arasındakı tarazlığı ifadə edir. Bu hədd, adını ingilis astrofizik Sir Arthur Eddington-dan alır və qara dəliklərin maddə yığma sürətini müəyyən edən mühüm məhdudlaşdırıcıdır.

Qara dəliklər ətraflarındakı qaz və maddəni çəkərək böyüyürlər, lakin maddələr sürətlə qara dəliyə düşərkən böyük miqdarda radiasiya da yaranır. Eddington həddi, bu radiasiya təzyiqinin qara dəliyin cazibə qüvvəsini tarazladığı nöqtəni bildirir. Bu hədd aşılarsa, radiasiya təzyiqi o qədər yüksək olur ki, yeni maddələr qara dəliyə doğru çəkilmək əvəzinə xaricə itələnir.

Ancaq maraqlısı budur ki, LID-568 adlanan qara dəlik bu tarazlığı aşaraq maddəni həddin tam 40 qat sürəti ilə udur. Bu sürətlə böyüyən qara dəlik, James Webb Kosmik Teleskopu tərəfindən köhnə məlumatlar üzərində aparılan bir araşdırmada qalaktika nümunələri arasında aşkar edilib. Bu qalaktikalar optik və yaxın infraqırmızı spektrumda görünməzdirlər, lakin X-şüa spektrumunda olduqca parlaq şəkildə müşahidə edilirlər. Webb-in unikal infraqırmızı aşkarlama gücü sayəsində bu sönük obyektlər müşahidə olunub. Aparılan müşahidələrdə LID-568 güclü X-şüa yayılımı ilə diqqət çəkib.
     
LID-568-in dəqiq yerini müəyyən etmək, adi X-şüa müşahidələri ilə mümkün olmadığından, Webb-in NIRSpec cihazındakı tamlaşdırılmış sahə spektroqrafından istifadə edilib. Araşdırmada iştirak edən Dr. Emanuele Farina deyib: "Solğun təbiəti səbəbindən, LID-568-in müəyyən edilməsi Webb olmadan mümkün olmazdı".
 
Bu qeyri-adi kəşf, super kütləli qara dəliklərin kiçik qara dəlik "toxumlarından" necə böyüdüyünə dair yeni ipucları verir. Beynəlxalq Gemini Rəsədxanasından Dr. Hyewon Suh, bu kəşfi belə dəyərləndirib: "Eddington həddini aşaraq böyüyən bir qara dəliyin kəşfi, qara dəliyin istər yüngül, istər ağır bir toxumdan başlasın, kütləsinin böyük bir hissəsini tək bir sürətli qidalanma prosesində əldə edə biləcəyini göstərir". LID-568-in güclü enerji çıxışlarının, həddindən artıq udum nəticəsində yaranan enerjini sərbəst buraxaraq sistemin həddindən artıq qeyri-sabit vəziyyətə düşməsinin qarşısını ala biləcəyi düşünülür. Alimlər, qara dəliklərin Eddington həddini necə aşdığını anlamaq üçün gələcəkdə Webb ilə əlavə müşahidələr aparmağı planlaşdırırlar.
technote.az
Tweet
ОБЪЯВЛЕНИЯ
  • 30.06.2025
    На заседании Диссертационного совета ED 1.20 состоится защита диссертационной работы
  • 30.06.2025
    На заседании Диссертационного совета ED 1.20 состоится защита диссертационной работы
  • 25.06.2025
    Состоится предварительное обсуждение диссертационной работы
  • 25.06.2025
    Состоится обсуждение диссертационной работы
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта