AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsi yekunlaşır, ilkin test imtahanına başlanılır

16.11.2024 /

Məlumat üçün qeyd edək ki, zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərin elektron qeydiyyatı 10 oktyabr 2024-cü il tarixində sona çatıb. Müraciətini təsdiq edən 2649 nəfərdən 2257 nəfər müsahibə mərhələsinə buraxılıb.

Müsahibə zamanı namizədin fiziki və psixoloji cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, emosional davamlılıq və stres vəziyyətində işləmək bacarığı yoxlanılır. Nəticə məqbul və ya qeyri-məqbul olaraq qiymətləndirilir. Namizəd müsahibəyə gəlmədikdə bu, onun sertifikatlaşdırma prosesində iştirakdan imtina etməsi kimi qiymətləndirilir.

Müsahibə mərhələsi üçün vaxt seçimi edən 1694 namizəddən 1351 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 152 nəfər qeyri-məqbulla qiymətləndirilib, 191 nəfər isə bu mərhələdə  iştirak etməyib.

Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayan namizədlər üçün müsahibə mərhələsinin 22 noyabr, digər rayonlarda yaşayan namizədlər üçün isə 29 noyabrda yekunlaşdırılması nəzərdə tutulub.

Müsahibələr DİM-in inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmə mərkəzlərində DİM-in məsul əməkdaşları tərəfindən aparılır.

Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellektual səviyyəni və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət  edilirlər. İlkin test imtahanına qeydiyyatla bağlı bildiriş namizədin mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Namizəd şəxsi kabinetinə ilkin test imtahanı üçün tələb olunan məbləği əlavə etdikdən sonra elektron anketinə daxil olaraq imtahanda iştirak etmək istədiyi günü və  vaxtı seçir.

İlkin test imtahanı kompüter vasitəsilə həyata keçirilir. İmtahanda namizədlərə məntiqi təfəkkürü yoxlayan 30 qapalı tipli test tapşırığı və situasiya mühakimə bacarıqlarını yoxlayan 30 qapalı tipli test tapşırığı təqdim olunur. Səhv cavablar ümumi nəticəyə təsir etmir. Hər bir test bloku üzrə (ümumi intellektual səviyyəni yoxlayan test bloku, situasiya mühakimə bacarıqlarını yoxlayan test bloku) tapşırıqların cavablandırılmasına 1 saat vaxt ayrılır. Test bloklarının hər biri üzrə ümumi nəticəsi 40%-dən çox olan namizədlər növbəti mərhələyə - təlimlər mərhələsinə buraxılırlar.

Qeyd edək ki, artıq 225 namizəd ilkin test imtahanında iştirak etmək üçün vaxt seçimi edib. Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayan namizədlər üçün ilkin test imtahanının 23 noyabrda başlanılması nəzərdə tutulub.

Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması mərhələləri ilə bağlı sual yaranarsa, [email protected]  poçt ünvanına və 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları  ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.

 dim.gov.az
Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта