AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Bir qrup tələbə tərəfindən hazırlanan raket 20 illik rekordu təzələyib!

22.11.2024 /

Cənubi Kaliforniya Universitetinin bir qrup mühəndislik tələbəsi tərəfindən hazırlanan Aftershock II adlı raket həm çatdığı hündürlük, həm də sürət ilə yeni rekord qırıb.
Cənubi Kaliforniya Universitetinin (USC) bir qrup tələbəsi tərəfindən hazırlanan Aftershock II adlı raket, həvəskar raketçilik sahəsində 20 ildən bəri qırıla bilməyən rekordu yeniləyib. Onlar bununla da kifayətlənməyərək, ən yüksək sürət rekordu sahəsində də yeni bir nailiyyətə sahib olublar.

USC-nin tərkibində fəaliyyət göstərən Rocket Propulsion Lab tərəfindən hazırlanan bu tələbə layihəsi raket, Yerin səthindən 143.3 kilometr hündürlüyə qalxaraq 2004-cü ildən bəri qırılmayan rekordu yeniləyib. 2004-cü ildə Civilian Space Exploration Team tərəfindən hazırlanmış GoFast adlı raket 116 kilometr yüksəkliyə qalxmış və həmin dövr üçün çətin qırılan bir rekord müəyyən etmişdi. Bu rekord növbəti 20 il ərzində də yenilənməmişdi. Lakin Rocket Propulsion Lab-ın tələbələri həmin rekordu bu həftə 27 kilometr üstələməyi bacarıblar.

Aftershock II adlı bu həvəskar raket eyni zamanda öz sahəsində ən sürətli raket olaraq tanınıb. Raket maksimum sürətinə çatdıqda saatda 5796 kilometr sürət əldə etmişdi. Rocket Propulsion Lab-ın illərlə davam edən proqramından faydalanan tələbələr, əvvəlki qrupların işlərini daha da inkişaf etdirərək daha müasir yanma sistemi, termal qoruma və digər texnoloji təkmilləşdirmələr əlavə edərək Aftershock II-ni yaradıb, bu rekordları qırmağı bacarıblar.

technote.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта