AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Alimlər müəyyən ediblər ki, Süd Yolu qalaktikası digər qalaktikalarla müqayisədə unikal ola bilər!

23.11.2024 /

Elm adamları on illərdir Süd Yolu qalaktikasını qalaktikaların necə formalaşdığını anlamaq üçün model olaraq istifadə edirlər. Ancaq Süd Yolu mükəmməl bir istisna ola bilər.
Tədqiqatçılar Süd Yolu ilə kütləsi bənzər qalaktikaları müqayisə etmək üçün SAGA adlı bir layihə başladıblar. 10 ildən artıq müddətdə kainatı araşdıran SAGA komandası, Süd Yolu kimi 101 qalaktikanı araşdıraraq 378 peyk qalaktikasını aşkar edib. Araşdırmalar göstərir ki, Süd Yolu peyk qalaktikaları və ulduz formalaşması baxımından digər bənzər qalaktikalardan fərqlənir. Süd Yolu Böyük və Kiçik Magellan Buludları (LMC və SMC) daxil olmaqla 4 parlaq peyk qalaktikasına ev sahibliyi edir. Ancaq digər bənzər qalaktikalarla müqayisədə Süd Yolunun daha az sayda peyki olduğu məlum olub. Bu vəziyyət Süd Yolunu “b” edir və qalaktika formalaşmasını araşdırmaq üçün onun model olaraq istifadəsini sual altına qoyur.

SLAC Milli Sürətləndirici Laboratoriyasında hissəciklər fizikası və astrofizika professoru Risa Wechsler bildirib ki, “Nəticələrimiz qalaktika formalaşması modellərini yalnız Süd Yolu ilə məhdudlaşdıra bilməyəcəyimizi göstərir. Kainatda oxşar qalaktikaların tam spektrinə nəzər salmalıyıq”. Süd Yolu hidrogen və dəmir kimi adi atom maddələrindən ibarətdir. Ancaq adi maddə kainatdakı maddənin cəmi 15%-ni təşkil edir. Qalan 85% isə qaranlıq maddə adlanan, görünməyən və mənşəyi naməlum maddədən ibarətdir. Qaranlıq maddənin nədən ibarət olduğu bilinmir və adi maddə və ya işıqla qarşılıqlı əlaqəyə girmir. Araşdırmalar göstərir ki, qalaktikalar geniş qaranlıq maddə halələrinin içində formalaşır. Bu halələr görünməzdir, lakin adi maddəni kosmosdan cəlb edərək ulduzlara və qalaktikalara çevirəcək qədər güclü cazibə qüvvəsi yaradır. SAGA tədqiqatçıları bu qaranlıq maddə halələrinin qalaktika təkamülünə necə təsir etdiyini müəyyənləşdirməyə çalışırlar.
 
 
Yuxarıda da qeyd edildiyi kimi, Süd Yolunun LMC və SMC daxil olmaqla 4 peyki var. Digər bənzər qalaktikaların isə ümumiyyətlə daha çox peykə sahib olduğu vurğulanır. Araşdırmalar göstərir ki, peyk qalaktikalarındakı ulduz formalaşması Süd Yolunda digər qalaktikalardan fərqli bir yol izləyir. Bir çox qalaktikada kiçik peyk qalaktikalar hələ də ulduz yaratmağa davam etdiyi halda, Süd Yolunda bu proses yalnız LMC və SMC kimi böyük peyklərdə müşahidə edilir. Daha kiçik peyk qalaktikalarında ulduz formalaşması dayanmış vəziyyətdədir. Bu, Süd Yolunu bənzərsiz qalaktika kimi, daha köhnə və ulduz formalaşması dayanmış peyklərlə yeni və aktiv olanların qarışığına sahib olduğunu göstərir.
 
Araşdırmada həmçinin ulduz formalaşmasının ev sahibi qalaktikaya daha yaxın olan peyk qalaktikalarında dayandığı qeyd edilir. Bu, ev sahibi qalaktikanın içindəki və ətrafındakı qaranlıq maddə halələrinin cazibə qüvvəsinin təsiri ilə izah olunur. SAGA komandası əldə olunan məlumatların qalaktika formalaşması nəzəriyyələrinin yenidən nəzərdən keçirilməsini tələb etdiyini bildirib.
technote.az
Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта