
Akademik Fikrət Əliyev “Şöhrət” ordeni ilə təltif edilib
05.12.2024 /
Bakı Dövlət Univesitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru akademik Fikrət Əliyev “Şöhrət” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O, insan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Ətraflı: azertag.az


