AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

AzTU-da "İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” adlı II beynəlxalq elmi-texniki konfrans keçirilir

05.12.2024 /

Azərbaycan Texniki Universiteti (AzTU), İnformasiya Texnologiyaları İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Milli Müdafiə Universiteti, Naxçıvan Dövlət Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti və Qazi Universitetinin təşkilatçılığı ilə “İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” adlı II beynəlxalq elmi-texniki konfransı öz işinə başlayıb.

AzTU-da təşkil olunan konfransda qonaqları salamlayan rektor Vilayət Vəliyev müasir dövrdə infokommunikasiya, süni intellekt, idarəetmə sistemləri, informasiya təhlükəsizliyi, radioelektron və aerokosmik sistemlər kimi sahələrin inkişafının önəmindən danışıb. Bildirib ki, bu istiqamətdə universitetlər və institutlar birgə tədqiqatlar aparmalı, yeni modellər ortaya qoymalıdırlar.

Tədbirin əhəmiyyətindən danışan rektor bildirib ki, konfransa Azərbaycan, Türkiyə, Rusiya, Almaniya, Belarus, Qazaxıstan, İsveç, Özbəkstan, Ukrayna, Hindistan və s. ölkələrdən 150-dən çox məqalə daxil olub. Məruzələrin sayının çox olması infokommunikasiya sistemləri, kibertəhlükəsizlik, radioelektron, idarəetmə sistemləri, mütərəqqi istehsal və süni intellekt texnologiyaları sa­hələrinin problemlərini məruzəçilərin hər birinin nöqteyi-nəzərindən öy­rə­nil­mə­sinə, təcrübə mübadiləsi aparılmasına və müzakirəyə qoyulan problemlərin həlli üçün alqoritmin və yeni metodların formalaşdırılmasına imkan verəcək.

Daha sonra İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Aliquliyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Türkiyə-Azərbaycan Universitetinin prorektoru professor Mehmet Şimşir, Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin dosenti Olqa Boipraf, AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının dosenti Aqil Mövsümov çıxış edib. Qeyd olunub ki, konfransın keçirilməsində əsas məqsəd elm, təhsil və tədqiqat sahələrinin vahid informasiya infrastrukturunun tələblərinə uyğun yaradılması və bu sektorların dördüncü sənaye inqilabının əsas prinsipləri bazasında effektivliyinin yüksəldilməsini təmin edən, elmi və texniki zəmin yaradan perspektiv konsepsiyaların, rəqəmsal, kvant və intellektual texnologiyaların formalaşdırılmasıdır.

Qeyd edək ki, konfransa təqdim olunan məqalələr nüfuzlu xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan 6 jurnalda çap olunmaq üçün tövsiyə ediləcək.

Beş bölmədə işini davam etdirən konfrans dekabrın 5-i yekunlaşacaq.  

aztu.edu.az

Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта