AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

NASA ilk dəfə Günəşə çox yaxın bir məsafədən uçuş həyata keçirib!

27.12.2024 /

NASA-nın kosmik aparatı Günəşə indiyə qədər ən yaxın uçuşunu həyata keçirib. Agentliyə məxsus Parker Solar Probe aparatı, Günəşə cəmi 6.1 milyon kilometr məsafəyə qədər yaxınlaşıb.
NASA-nın kosmik aparatı daha əvvəl heç bir aparatın yaxınlaşmadığı qədər Günəşə yaxınlaşaraq tarixə düşüb. Parker Solar Probe adlanan aparat, Günəşin xarici atmosferi olan koronanın yandırıcı istiliyinə tab gətirərək Günəşə 6.1 milyon kilometr məsafəyə çatıb. Aparatın istilik qalxanları isə 930 dərəcə istiliyə dözə bilib.

2018-ci ilin avqustunda buraxılan Parker Solar Probe, Günəşi daha yaxından öyrənmək və kosmosdakı hava hadisələrini qabaqcadan müəyyən etmək üçün nəzərdə tutulmuş 7 illik bir missiyanı yerinə yetirir. Bu missiya, Yer üzündəki həyata təsir edə biləcək kosmos hadisələri haqqında daha çox məlumat əldə etməyi hədəfləyir. Parker Solar Probe proqramının elmi rəhbəri Arik Posner açıqlamasında, "Bu, NASA-nın cəsarətli missiyalarının bir nümunədir. Biz kainatımız haqqında uzun müddətdir cavablanmamış sualları cavablandırmaq üçün daha əvvəl heç kimin etmədiyini edirik" deyib.
Lakin aparatın Günəşə çox yaxın olması səbəbindən hazırda onunla əlaqə kəsilib. Parker aparatının sağ qalıb-qalmadığını isə 27 dekabrda müəyyən etmək mümkün olacaq. Aparatın istilik qalxanları 930 dərəcə inanılmaz istiliyə məruz qalsa da, məlumatlara görə, aparatın daxilindəki alətlər Günəşin xarici atmosferini tədqiq edərkən təxminən otaq temperaturunda (29°C) qalır. Parker Solar Probe hazırda təxminən 692.000 kilometr/saat sürətlə hərəkət edir. Bu sürətlə ABŞ-dan Yaponiyaya 1 dəqiqədən az bir müddətdə çatmaq mümkündür.

Əslində Parker Solar Probe insanlıq tərəfindən indiyədək yaradılmış ən sürətli obyekt kimi tarixə keçib. Aparat 2023-cü ildə 635 min kilometr/saat sürəti ilə artıq rekord sahibiydi. Parker bu inanılmaz sürətə Venusa etdiyi 7 səfər nəticəsində çatıb. O, planetin cazibə qüvvəsindən istifadə edərək öz sürətini artırıb.
     
Bu cəsarətli missiya, alimlərə Günəşin ən böyük sirlərindən bəzilərini açmağa kömək edə bilər. Daha əvvəl insan tərəfindən yaradılmış heç bir obyekt bir ulduza bu qədər yaxınlaşa bilməyib. Bu manevr sayəsində, məsələn, Günəş küləklərinin necə yarandığı, tacın niyə Günəşin səthindən daha isti olduğu və tac kütlələrinin atılmasının (kosmosa atılan nəhəng plazma buludları) necə formalaşdığı kimi suallara cavab tapıla bilər. Parker Solar Probe-un bu tarixi yaxınlaşması əslində planlaşdırılmış 3 yaxınlaşmadan birincisidir. Digər 2 yaxınlaşma isə müvafiq olaraq 22 mart 2025 və 19 iyun 2025-ci il tarixlərində baş tutacaq.
technote.az
Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта