
Google süni zəka vasitəsilə dəyişikliyə məruz qalmış şəkilləri xüsusi işarə ilə işarələyəcək
10.02.2025 /
Google Photos tətbiqi, generativ süni zəka ilə redaktə edilmiş şəkillər üçün SynthID adlı rəqəmsal su nişanlarını istifadə etməyə başlayacaq. Google şirkətinin açıqlamasına görə, bu yeni funksiya Magic Editor-un Reimagine aləti ilə dəyişdirilmiş şəkillərin daha asan tanınması üçün nəzərdə tutulub. Magic Editor istifadəçilərə şəkilləri mətn sorğuları vasitəsilə redaktə etməyə, müxtəlif detalları əlavə etməyə və ya silməyə imkan verir. Hərçənd süni zəka alətləri özlüyündə bir təhlükə yaratmasa da, Magic Editor bəzi hallarda manipulyasiya olunmuş görüntülər yarada bilər. Məsələn, qəzalar, düşmüş helikopterlər və digər dramatik səhnələr yaradıb, real hadisə kimi təqdim oluna bilər, üstəlik şəklin dəyişdirildiyini göstərən açıq-aşkar işarələr olmadan.


