AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

OpenAI şirkət strukturunda qorunma mexanizmi üzərində çalışır

19.02.2025 /
Daha çox investor cəlb etmək istəyən OpenAI strukturunu dəyişməyə məcbur olur, çünki hazırda şirkətin rəhbərliyində qeyri-kommersiya qurumu dayanır. Bu, investorlar üçün qeyri-müəyyənlik yaradır, buna görə də OpenAI strukturunu daha klassik modelə yaxınlaşdırmağa çalışır. Bununla yanaşı, şirkət özünü potensial düşmənçiliyə əsaslanan satınalmalardan qorumaq niyyətindədir. Reuters-in Financial Times-a istinadən vermiş olduğu məlumata görə, yeni təşkilati struktur daha çox kommersiya yönümlü olacaq və investorlar qarşısında məsuliyyəti artıracaq. Eyni zamanda, OpenAI-nin idarə heyətinə veto hüququ veriləcək, belə ki, arzuolunmaz satınalma riski yaranarsa, bu hüquqdan istifadə edilə biləcək.
Görünən odur ki, OpenAI bu addımları Elon Musk-ın şirkəti 97.4 milyard dollara almaq cəhdindən sonra atmağa məcbur olub. Şirkətin idarə heyəti bu təklifi rədd etdi. Lakin şirkət kommersiya modeli ilə fəaliyyət göstərməyə keçərsə, idarəetmə strukturunda belə müdafiə mexanizmləri olmayacaq. Xüsusi səsvermə səlahiyyətlərinə malik olan idarə heyəti strateji qərarlar zamanı OpenAI-nin Microsoft və SoftBank kimi böyük səhmdarların təzyiqindən qorunmasına kömək edə bilər.
     
İdarə heyəti tərəfindən hazırlanmaqda olan qoruma mexanizmi OpenAI-nin həmtəsisçilərindən biri və hazırkı baş direktoru Sam Altman ilə birgə müzakirə olunur. Elon Musk bir neçə il əvvəl OpenAI-dən ayrılıb və o vaxtdan bəri şirkətin rəhbərliyini quruculuq missiyasından uzaqlaşmaqda ittiham edir. Musk, OpenAI-ni 97.4 milyard dollara almaq cəhdini şirkəti “xilas etmək” zərurəti ilə əsaslandırıb, lakin onun süni zəka sahəsindəki kommersiya marağını inkar etmək çətindir. 2023-cü ildə o, xAI adlı öz süni zəka startapını qurub. Bu şirkət hazırda aktiv şəkildə inkişaf və investorların marağını cəlb edir.
technote.az
Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта