AzEnRu
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Структура
    • Общественные организации
    • Ученые
  • НОВОСТИ
    • Все новости
    • Важные новости
    • Мероприятия
    • Объявления
    • Зарубежные отношения и сотрудничество
    • Издательская деятельность
    • Интересная новости
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Состав научного совета
    • Заседания научного совета
    • Годовой отчёт
  • ELMMETRİYA
  • ДИССЕРТАЦИОННЫЙ СОВЕТ
    • Докторантура
    • Состав Диссертационного совета
    • Заседания Диссертационного совета
    • Правила и инструкции
    • Авторефераты диссертаций
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Создаваемые устройства
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • ИЗДАНИЯ
    • Известия НАНА
    • Учебники и монографии
  • КОНТАКТ
ГЛАВНАЯ СТРАНИЦА →НОВОСТИ
+A -A

Alimlər aşkar edilməsi qəliz qara dəlikləri kəşf ediblər

21.02.2025 /
Astronomlar 2444 ədəd aktiv qara dəlik aşkar ediblər. Bu qara dəliklər cırtdan qalaktikaların mərkəzində gizlənirlər. Alimlərin fikrincə, onlardan 298-i aralıq kütləli qara dəliklərdir. Bu tip qara dəliklər ulduz kütləli qara dəliklərlə superkütləli qara dəliklər arasındakı itkin halqa hesab olunur. Bu, indiyə qədər kəşf edilən ən böyük aralıq kütləli qara dəlik namizədləri toplusudur. Bu aşkarlanma qara dəliklərin Günəşdən milyardlarla dəfə daha böyük kütləyə necə çatdıqlarını anlamağa kömək edəcək. İndiyə qədər astronomlar aralıq kütləli qara dəliklər üçün cəmi bir neçə onlarla namizəd aşkar etmişdilər və onlar olduqca çətin müşahidə olunan obyektlər hesab olunurdu.
 
     
Lakin Kitt-Pik Milli Rəsədxanasındakı teleskopda quraşdırılmış DESI cihazının köməyi ilə astronomlar bir anda təxminən 300 belə obyekti aşkar etməyi bacarıblar. Aralıq kütləli qara dəliklər ulduz kütləli qara dəliklərlə (kütləsi Günəşdən 100 dəfə çox olan) və superkütləli qara dəliklərlə (kütləsi minlərlə, milyonlarla və hətta milyardlarla dəfə çox olan) arasında yerləşən obyektlərdir. Hazırda alimlər hesab edirlər ki, bu qara dəliklər ulduz kütləli qara dəliklərin superkütləli qara dəliklərə çevrilmə prosesindəki "itkin halqa" ola bilər. Əslində astronomlar hələ də qara dəliklərin necə superkütləli hala gəldiyini dəqiq bilmirlər, baxmayaraq ki, bu mövzuda bir çox nəzəriyyə mövcuddur.
Cırtdan qalaktikalar:
Məhz aralıq kütləli qara dəliklər bu böyük sirri açmağa kömək edə və bütün kainatın əsas sirlərindən birini anlamaqda vacib rol oynaya bilər. Alimlər təxminən 115 000 ədəd cırtdan qalaktikanın məlumatlarını toplayaraq onlardan 2444-ündə aktiv qara dəliklər aşkar ediblər. Bu qara dəliklər ətrafdakı maddəni udur və bu proses zamanı çoxlu miqdarda enerji və işıq buraxırlar. Hesablamalara görə, 298 ədəd qara dəlik aralıq kütləyə malikdir və onların kütləsi Günəşin 100-dən 1000 mislinə qədər dəyişir.
     
İndi alimlər böyük qara dəliklərin və onların yerləşdikləri qalaktikaların təkamülünü anlamağa kömək edəcək yeni məlumatlara sahibdirlər. Qeyd etmək lazımdır ki, aralıq kütləli qara dəlikləri aşkar etmək olduqca çətindir, çünki onlar böyük qalaktikaların mərkəzindəki superkütləli qara dəliklər qədər aktiv deyil. Qara dəliklər yalnız ətrafdakı maddəni aktiv şəkildə udduqda müşahidə edilə bilər. Əks halda, onlar görünməz qalır və aşkar olunması mümkün olmur.
technote.az
Tweet
ОБЪЯВЛЕНИЯ
  • 08.04.2026
  • 08.04.2026
  • 07.04.2026
  • 06.04.2026
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • ОБ ИНСТИТУТЕ
    • Общая информация
    • Руководство
    • Общественные организации
    • Структура
  • НАУЧНАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Научные направления
    • Научные результаты
    • Докторантура
    • Магистратура
  • ИННОВАЦИОННАЯ ДЕЯТЕЛЬНОСТЬ
    • Потенциальные прикладные проекты
    • Прикладные работы
    • Патенты
    • Гранты
  • НОВОСТИ
    • Конференции, Собрания
    • Важные новости
  • ПОЛЕЗНОЕ
    • Объявления
    • Новые издания
    • Ссылки
Copyright © 2010-2025 Институт Систем Управления
Карта сайта